Şriftin ölçüsü :

Saytın rəngi :

Masallıda “İnşa-yazı” müsabiqəsi

16 mart 2018 | 16:00

16 mart 2018-ci il tarixdə Masallı şəhər Gənclər Mərkəzində Masallı rayon Gənclər və İdman İdarəsi və Təhsil şöbəsinin birgə təşkilatçılığı ilə Masallı rayon tam orta ümumtəhsil məktəbləri arasında “İnşa-yazı” müsabiqəsi keçirilmişdir.

            Tədbiri açılış mərasimində Masallı rayon Gənclər və İdman İdarəsinin rəisi Camal Manafov çıxış edərək iştirakçıları salamlamış və bildirmişdir ki, Xalqımızın çox qədim zamanlarda yaratdığı, milli yaddaşımıza yüksək mənəvi-əxlaqi dəyərlər toplusu kimi daxil olan Novruz bayramı, əslində, Azərbaycanda bütün dövrlərdə keçirilmişdir. Lakin onun rəsmi dövlət bayramı kimi qeyd edilməsi məhz  ulu öndər Heydər Əliyevin  ikinci dəfə hakimiyyətə qayıdışından sonra mümkün olmuşdur.
Tədbirdə Masallı rayon Təhsil şöbəsinin medodkabinetin müdiri Bəybala Xəlilov xalqımızın zəngin mili-mənəvi dəyərlərindən, Novruz adət-ənənələrindən danışaraq şagirdləri, bu gözəl bayram münasibətilə təbrik edərək “İnşa-yazı” müsabiqəsində hər bir şagirdə uğurlar arzuladı
     Sonda münsiflər heyəti tərəfindən qaliblər müəyyən edilib.
Masallı rayon Qəriblər kənd  tam orta məktəbinin şagirdi Təyyar Əmənov birinci yerə, S.Tağiyev  adına Digah 4 saylı  tam orta məktəbinin şagirdi Təranə Abbasova ikinci yerə, Masallı rayon Ərkivan qəsəbə 5 saylı ümumi  orta  məktəbinin şagirdi Günay Əzimova  üçüncü  yerə layiq görülmüşdür.
         Müsabiqədə qalib gəlmiş bütün şagirdlər rayon Gənclər və İdman idarəsi tərəfindən diplomla təltif olunmuşlar.

Keçidlər