Şriftin ölçüsü :

Saytın rəngi :

“Ölkəmizi tanıyaq” tur-aksiyasının iştirakçıları Masallıda

17 mart 2018 | 16:00

    17 mart 2018-ci il tarixdə “Ölkəmizi tanıyaq” layihəsi çərçivəsində təşkil edilmiş tur-aksiyanın iştirakçıları - Quba, Qusar, Xaçmaz, Ağsu, Qobustan və Ağdaş rayonlarının məktəbliləri və onların müəllimləri səhər saatlarında Masallı şəhərində olublar.

Aksiya iştirakçılarını Masallı Rayon İcra Hakimiyyətinin məsul işçiləri, müəllimlər və ictimaiyyət nümayəndələri, jurnalistlər qarşılayıblar.
İlk öncə aksiya iştirakçıları Masallı şəhər Heydər Əliyev Parkında ulu öndər Heydər Əliyevin abidəsi önünə tər gül dəstələri düzərək xatirəsini ehtiramla yad etmişlər.
   Masallı şəhərindəki Heydər Əliyev Parkında məktəblilər qarşısında çıxış edən Masallı Rayon İcra Hakimiyyəti başçısının müavini Aybəniz Qafarova qonaqlara rayonun rəhbəri cənab Rafil Hüseynovun salamını çatdırıb, Novruz bayramı münasibətilə təbrik edib, “Ölkəmizi tanıyaq” layihəsi çərçivəsində təşkil olunmuş tur-aksiyaların əhəmiyyətindən danışıb, cənub bölgəsinə, Masallıya səyahət edən məktəblilərə xoş arzularını bildirib.
Məktəblilər Masallı rayonunun tarix və mədəniyyət abidələri, muzeyləri, turizm infrastrukturu və sosial-iqtisadi inkişafı ilə yaxından tanış olublar.
Sonra tur iştirakçıları Masallı şəhər Heydər Əliyev mərkəzində ulu öndərin həyat və fəaliiyəti ilə tanış olmuş, "Asan həyat" kompleksində "İntellektual mərkəz"də keçirilən Masallı məktəblilərinin "Breyn Rinq" yarışmasını izləmiş, Kinoklub, Abad, Heydər Əliyev adına İncəsənət Məktəbi və Brend dükanla tanış olmuşlar. Qonaqlar “Asan həyat” Kompleksində çay süfrəsinə dəvət olunmuşlar.
Sonra Bayraq Meydanı və Azərbaycan Dövlət Rəmzləri Muzeyi ilə tanışlıq qonaqlarda xoş təəssürat yaradıb.
KİV nümayəndələrinə müsahibələrində Masallı, masallılar haqqında “Ölkəmizi tanıyaq” layihəsi çərçivəsində təşkil edilmiş tur-aksiyanın iştirakçıları Quba, Qusar, Xaçmaz, Ağsu, Qobustan və Ağdaş rayonlarının məktəbliləri və onların müəllimləri xoş sözlər deyiblər.
Sonda tur-aksiyanın iştirakçıları Lənkəran şəhərinə yola salınıb.

Keçidlər