Şriftin ölçüsü :

Saytın rəngi :

Masallıda “31 mart-Azərbaycanlıların Soyqırımı Günü”nə həsr olunmuş İnşa-yazı müsabiqəsi

30 mart 2018 | 16:00

30 mart 2018-ci il tarixdə Masallı şəhər Gənclər Mərkəzində Masallı rayon Gənclər və İdman İdarəsi və Təhsil şöbəsinin birgə təşkilatçılığı ilə Masallı rayon ümumtəhsil məktəblərinın IX-XI sinif şagirdləri arasında “31 mart-Azərbaycanlıların Soyqırımı Günü”nə həsr olunmuş İnşa-yazı müsabiqəsi keçirilmişdir.

Tədbir faciə qurbanlarının xatirəsinin bir dəqiqəlik sükutla yad edilməsi ilə başladı.
Masallı rayon Gənclər və İdman İdarəsinin rəisi Camal Manafov tədbirdə çıxış edərək iştirakçıları salamlamış və bildirmişdir ki, tarix boyu təcavüzkar siyasət yeridən, qanlı əməllərindən və “dənizdən-dənizə böyük Ermənistan” yaratmaq xülyasından əl çəkməyən ermənilər zaman-zaman xalqımızı soyqırımına məruz qoymuş, havadarlarının hərtərəfli köməyi ilə əzəli torpaqlarımızı almağı özlərinin məqsədlərinə çevirmişlər. Uzun illər ermənilərin xalqımıza qarşı həyata keçirdikləri qanlı aksiyalar ideoloji təcavüz və terrorla müşayiət olunmuşdur. Nəticədə yüz minlərlə azərbaycanlı qətlə yetirilmiş, doğma torpaqlarından didərgin düşmüşdür.Azərbaycanlıların məruz qaldıqları faciələrin dünya ictimaiyyətinə çatdırılması istiqamətində Prezident İlham Əliyevin gördüyü işlərdən danışan natiqlər işğal altındakı torpaqlarımızın tezliklə düşmən tapdağından azad ediləcəyinə, bu problemin beynəlxalq hüquq normaları çərçivəsində həll olunacağına əminliyini bildirdilər.
Tədbirdə Masallı rayon Təhsil şöbəsinin metodisti Əkbər Mahmudov , Şəhər 2 saylı tam orta məktəbi müəllimi Şakir Xəlilov, Şəhər 1 saylı tam orta məktəbin müəllimiAybəniz Həsənova çıxış edərək ermənilərin Azərbaycan torpaqlarında törətdikləri qanlı faciələrdən söhbət açdı, bu barədə dünya xalqlarına daha geniş məlumatlar çatdırılmasının vacibliyini vurğuladılar.
Sonda münsiflər heyəti tərəfindən qaliblər müəyyən edilib:
İnşa-yazı müsabiqəsində C.Qasımov adına Banbaşı kənd tam orta məktəbin IX sinif şagirdi Qədməliyeva Nərmin Fariz qızı birinci yerə, Masallı şəhər N.Nərimanov adına 2 saylı tam orta məktəbinin IX sinif şagirdi Seyfullayev Hüseyn Sabir oğlu qızı ikinci yerə, , Masallı şəhər R.Əlihəsənov adına 1 saylı tam orta məktəbinin IX sinif şagirdi Həsənova Fatimə Kamran qızı üçüncü yerə layiq görülmüşlər
Müsabiqədə qalib gəlmiş bütün şagirdlər Rayon Gənclər və İdman idarəsi tərəfindən diplomla təltif olunmuşlar.

Keçidlər