Şriftin ölçüsü :

Saytın rəngi :

Masallıda futbol üzrə açıq rayon birinciliyi

07 aprel 2018 | 16:00

07 aprel 2018-ci il tarixdə Banbaşı kənd stadionunda  Masallı rayon Gənclər və İdman İdarəsinin təşkilatçılığı ilə Ümummilli Lider Heydər Əliyevin anadan olmasının 95-ci ildönümünə həsr olunmuş futbol üzrə açıq rayon birinciliyinin açılış mərasimi   keçirilmişdir.

Tədbirin  açılış mərasimində Masallı rayon Gənclər və İdman İdarəsinin rəisi Camal Manafov çıxış edərək idmançıları salamlamış və Azərbaycan Respublikasının  Prezidenti cənab İlham Əliyevin idmançılara göstərdiyi diqqət və qayğısından  danışmışdır. Və bildirmişdir ki,   bu yarışın keçirilməsində əsas məqsədin rayonda futbol  idman növünü inkişaf etdirmək, perspektivli idmançıları aşkar etmək  , gənclərin  idmana olan marağını daha da artırmaq onlar arasında dostluq əlaqələrinin möhkəmləndirməkdən ibarət olduğunu diqqətə çatdırdı
Sonra tədbirdə kənd ağsaqqalı Nadir Adıgözəlov, vetiran idmançı Balayar İbayev və başqaları çıxış edərək  bu idman  yarışın   təşkilindən məmnunluğunu bildiriblər.
Qeyd edək ki, yarış 12 komandanın iştrakı ilə may ayının 09-a kimi davam edəcək

Keçidlər