Şriftin ölçüsü :

Saytın rəngi :

Masallıda gənclər arasında “Biznes Plan və Biznesin qurulması” mövzusunda təlim seminar

18 aprel 2018 | 16:00

18 aprel 2018-ci il tarixdə Masallı rayon Gənclər və İdman İdarəsinin təşkilatçılığı ilə Gənclər Mərkəzində gənclər arasında “Biznes Plan və Biznesin qurulması” mövzusunda təlim seminar keçirilmişdir.

Tədbirin açılış mərasimində rayon Gənclər və İdman İdarəsinin rəisi Camal Manafov çıxış edərək iştirakçıları salamlamış və cənab Prezident İlham Əliyevin gənc nəslə xüsusi diqqət yetirdiyindən, onlara hər bir sahədə göstərilən diqqət və qayğıdan, Rrespublikada dövlət gənclər siyasətinin uğurlu inkişafından danışmış və qeyd etmişdir ki, hər bir gəncin daxilində özünəməxsus qabiliyyət və bacarığı vardır. Amma gənclərin çoxu özünəinamı bərpa etməkdə çətinlik çəkir, həyatda böyük hədəflər qoymaqdan qorxurlar deyən Camal Manafov qeyd edir ki, bütün gənclər öz bacarığının fərqinə varmalı, onu inkişaf etdirməli və sahəsi üzrə peşəkar mütəxəssis olaraq özünü yetişdirməlidir.
Sonra 50-dən artıq gəncin iştirak etdiyi təlimdə Beynəlxalq dərəcəli biznes təlimçisi Rafət Şirəliyev tərəfindən biznes ideyasının yaradılması, sahibkarlıq sahəsində mövcud elektron xidmətlər, biznes planların hazırlanması üzrə təqdimatlar olub.
Qeyd edək ki, növbəti aylarda “Biznes Plan və Biznesin qurulması” mövzusunda təlim seminarının davamı olarq gənclər arasında “Biznes Plan” çempionatı keçiriləcək

Keçidlər