Şriftin ölçüsü :

Saytın rəngi :

Masallı rayonunun Miyənkü kəndində yeni həkim məntəqəsinin açılışı

17 iyun 2018 | 16:00

17 iyun 2018-ci il tarixdə Masallı rayonunun Miyənkü kəndində həkim məntəqəsi üçün yeni binanın açılış mərasimi olmuşdur.

Tədbirdə Masallı Rayon İcra Hakimiyyətinin başçısı cənab Rafil Hüseynov və aparatı, mərkəzi rayon xəstəxanasının baş həkimi Cəlil Nəzərov və kollektivi, ictimaiyyət nümayəndələri, KİV əməkdaşları və kənd sakinləri iştirak etmişlər.
Mərasimdə çıxış edən Masallı RİHB-nın Miyənkü kənd inzibati ərazi dairəsi üzrə nümayəndəsi Xəlil Nəzərov, kənd ağsaqqallar şurasının sədri Sadıx Məmmədov, ərazinin ziyalı qadını Səriyyə Hidayətova, mərkəzi rayon xəstəxanasının baş həkimi Cəlil Nəzərov və başqaları bölgələrdə sosial problemlərin həlli, ucqar kəndlərdə tibbi xidmətin səviyyəsinin ildən-ilə yüksəldilməsi istiqamətində Masallıda böyük işlərin görüldüyünü diqqətə çatdırmış, bunun üçün Prezident cənab İlham Əliyevə, Birinci vitse-prezident Mehriban xanım Əliyevaya və rayon rəhbərinə dərin minnətdarlıqlarını bildirmişlər. Onlar son illərdə rayonda səhiyyə müəssisələrinin maddi-texniki bazasının möhkəmləndirilməsi istiqamətində həyata keçirilən tədbirlərdən danışmışlar.
Masallı Rayon İcra Hakimiyyətinin başçısı cənab Rafil Hüseynov tibb işçilərini peşə bayramları münasibəti ilə təbrik etmiş işlərində uğurlar arzulamış rəmzi lenti kəsərək həkim məntəqəsinin açılışını etmiş və otaqlarda yaradılmış şəraitlə tanış olmuşdur.

Keçidlər