Şriftin ölçüsü :

Saytın rəngi :

Milli Qurtuluş Günü münasibəti ilə konsert proqramı

15 iyun 2018 | 16:00

15 iyun 2018-ci il tarixdə Masallı şəhər Heydər Əliyev Parkında Milli Qurtuluş Günü münasibəti ilə konsert proqramı təqdim edilmişdir.

Bayram tədbiri axşam saatlarında Heydər Əliyev Parkında respublikanın tanınmış incəsənət ustaları - Xalq artisti Sabir Əliyev, Əməkdar artistlər - Səidə Şərifəliyeva, Yusif Mustafayev və həmyerlimiz Baloğlan Əşrəfov, Azərbaycan Dövlət Musiqili Teatrının solisti Fidan Həmzəyeva, Azərbaycan Dövlət Mədəniyyət İncəsənət Universitetinin tələbələri Aynur İstək, Nəzakət Veysəlova, Canan və  Masallı Rayon Mədəniyyət Mərkəzinin solistləri Atamoğlan Zahidov, Şamo İbayev, Miriş Hüseynov, uşaq-incəsənət məktəbinin müəllimi Fərid Hacıyev, baletmestr Gündüz Babayev, "Halay" folklor və "Masallı" rəqs kollektivlərinin iştirakı etdiyi rəngarəng konsert proqramı ilə davam edib.
Qeyd edək ki, möhtəşəm bayram tədbirində Milli Məclisin deputatı Nəriman Əliyev, rayonun tanınmış iş adamları iştirak ediblər.

Keçidlər