Şriftin ölçüsü :

Saytın rəngi :

Masallıda “Narkomaniya bəşəriyyətin bəlasıdır” mövzusunda dəyirmi masa

25 iyun 2018 | 16:00

Masallıda 26 İyun BMT-nin Beynəlxalq narkotiklərlə mübarizə gününə həsr olunmuş “Narkomaniya bəşəriyyətin bəlasıdır” mövzusunda dəyirmi masa keçirilib

25 iyun 2018-ci il tarixdə Masallı rayon Gənclər və İdman İdarəsi təşkilatçılığı ilə 26 İyun BMT-nin Beynəlxalq narkotiklərlə mübarizə gününə həsr olunmuş “Narkomaniya bəşəriyyətin bəlasıdır” mövzusunda dəyirmi masa keçirilib
Tədbiri giriş sözü ilə Masallı rayon Gənclər və İdman idarəsinin rəisi Camal Manafov açaraq tədbir iştirakçılarını salamlayaraq bildirdi ki, Ötən yüzilliyin bəlalarından sayılan narkomaniya təəssüflər olsun ki, 21-ci əsrdə də qlobal problemler sırasında qalmaqdadır. Masallı rayon Gənclər və İdman İdarəsinin bu sahədə yeniyetmə və gənclər arasında mütəmadi şəkildə apardığı maarifləndirmə işlərindən və qarşıda duran vəzifələrdən danışan İdarə rəisi bu bəladan gənclərimizin uzaqlaşdırılması məsələsinin actual olduğunu diqqətə çatdırmışdır .
Daha sonra tədbirdə çıxış edən Uşaq Gənclər İdman məktəbinin direktoru Elxan Kərimov, Rayon Təhsil şöbəsinin metodisti Gülağa Məmmədov, fəal gənclərdən Azər İsayev və başqaları narkomaniya və bu bəlanın törətdiyi acı sonluqlardan bəhs edərək qeyd etdilər ki, yeniyetmə və gənclərimizin narkomaniya və onun törətdiyi fəsadlar haqqında daha dolğun və ətraflı fikirə sahib olması günümüzün vacib məsələsidir.

Keçidlər