Şriftin ölçüsü :

Saytın rəngi :

TÜKLƏ ƏRAZİSİNDƏ SƏYYAR GÖRÜŞ-QƏBULU

27 iyun 2018 | 16:00

        27 iyun 2018-ci il tarixdə Masallı Rayon İcra Hakimiyyəti başçısının növbəti səyyar görüş - qəbulu Tüklə ərazisində keçirilmişdir.

        Tüklə ərazisi Məmmədoba və Tiyaqani yaşayış məntəqələrini əhatə edir.
Ərazinin 3900 nəfərə yaxın əhalisi və 970 hektar torpaq sahəsi vardır. Həmçinin ərazidə 2 orta məktəb, 1 həkim məntəqəsi, 1 tibb məntəqəsi, 1 EATS və 1 poçt, 1 kitabxana və bir neçə xidmət obyektləri fəaliyyət göstərir.
        Tüklə kəndi ərazisinin "Ağsaqqallar klubu"nun həyətində   təşkil olunmuş görüşü Masallı Rayon İcra Hakimiyyətinin başçısı cənab Rafil Hüseynov açaraq əhalini salamlamış, onları cənab İlham Əliyevin yenidən Azərbaycan Respublikasının Prezidenti seçilməsi münasibətilə təbrik etmiş, son illərdə ölkəmizin sosial-iqtisadi inkişafı naminə dövlət səviyyəsində həyata keçirilən tədbirlərin icmalını vermiş, regionlara göstərilən diqqəti nəzərə çatdırmış, Masallıda görülən abadlıq-quruculuq işlərindən bəhs etmişdir.
     Masallı Rayon İcra Hakimiyyətinin başçısı cənab Rafil Hüseynov geniş nitqində rayonda müasir kənd təsərrüfatı sahələrinin inkişafından Azərbaycan Prezidenti cənab İlham Əliyevin Sərəncamına əsasən Şıxlar kəndində modul tipli məktəbin, Məmmədoba kəndində yeni tibb məntəqəsinin tikilməsindən, yararsız elektrik dirəklərinin yenisi ilə əvəz edilməsindən danışmışdır. Rayon rəhbərinin geniş və hərtərəfli şərhi, tövsiyə və məsləhətləri sakinlərdə böyük maraq yaratmışdır. Sonra sakinlərdən onları narahat edən məsələlər barədə məlumat və təklif vermələrini istəmişdir.
     Kənd sakinlərindən ağsaqqallar şurasının sədri Rəvvaq Məmmədov, sakinlərdən Hənifə Məhərrəmov, Ramil Əhədov, Elxan İbadov, Xoşqədəm İbadova və başqaları çıxış edərək əraziyə göstərilən qayğıya görə kənd əhalisi adından ölkə prezidenti Cənab İlham Əliyevə minnətdarlıqlarını bildirmiş, təklif və müraciətlərini səsləndirmişlər.
     Masallı Rayon İcra Hakimiyyətinin başçısı cənab Rafil Hüseynov görüşü yekunlaşdıraraq, verilən təkliflərin nəzərə alınacağını qeyd etmişdir.

Keçidlər