Şriftin ölçüsü :

Saytın rəngi :

Masallıda heyvandarlıq

06 oktyabr 2018 | 16:00

    Rayon Statistika İdarəsindən Masallı Rayon İcra Hakimiyyətinin təsisçiliyi ilə həftədə bir dəfə, səkkiz səhifədə nəşr edilən "Yeni həyat" qəzetinin redaksiyasına verilən  məlumata görə heyvandarlıq kənd təsərrüfatının vacib sahəsidir. Son illər mal-qaranın cins tərkibinin yaxşılaşdırılması istiqamətində görülmüş müəyyən işlər və mal-qaranın baş sayının artması məhsul istehsalına müsbət təsirini göstərmişdir. Belə ki, ev təsərrüfatlarda aparılan müayinələr əsasında diri çəkidə 3257,8 ton ət, 27034.8 ton süd, 38111 min ədəd yumurta istehsal edilmişdir
Ət istehsalı 2017-cı illə müqayisədə 0,4 faiz və ya 13,5 ton, süd 0,1 faiz və ya 24,9 ton ,yumurta 7,4 faiz və ya 2635 min ədəd artmışdır.
  Rayonda iri buynuzlu mal-qaranın yetişdirilməsi və qoyunçuluq heyvandarlığın inkişaf etmiş ənənəvi sahələrindəndir. Mal-qaranın sayı müəssisələrdə, əhali və fermer təsərrüfatlarında 2018-ci il iyulun 1-i vəziyyətinə rayon üzrə 71908 baş iri buynuzlu, 85739 baş qoyun və keçi mövcud olmuşdur.
    İri buynuzlu mal-qaranın sayı 0,3 faiz və ya 260 baş, qoyun və keçilərin sayı isə 0,4 faiz və ya 318 baş artmışdır.
İri buynuzlu mal-qaranın 50,7 faizini və ya 36490 başını inək və camışlar təşkil edir.
    Balıqçılıqla məşğul olan təsərrüfatlar tərəfindən 3 ton və ya 4,8 min manatlıq dəyərində balıq istehsal edilmişdir.

Keçidlər