Şriftin ölçüsü :

Saytın rəngi :

Masallıda Tekvando idman növü üzrə açıq rayon birinciliyi

15 oktyabr 2018 | 16:00

14-15 oktyabr 2018-ci il tarixlərdə Masallı Regional Taekvando Mərkəzində  Masallı rayon Gənclər və İdman İdarəsinin təşkilatçılığı ilə 18 oktyabr “Dövlət Müstəqilliyi Günü”nə həsr olunmuş  uşaqlar və yeniyetmələr arasında taekvando idman növü üzrə  açıq rayon birinciliyi keçirilmişdir.

Yarışda Masallı rayonundan 1 komanda, Yardımlı rayonundan 1 komanda, Cəlilabad rayonundan 1 komanda, Lənkəran rayonundan 3 komanda  Bakı şəhərindən 2 komanda, Sumqayıt şəhərindən 1 komanda  iştrak etmişdir.
17 çəki dərəcəsində 9 rayon və şəhər komandalarından 150 nəfərdən artıq idmançının iştrakı ilə keçirilən yarış, olduqca gərgin və maraqlı mübarizə şəraitində keçirilmişdir.
Yarışın yekununda Masallı rayon komandası birinci yeri, Lənkəran rayon komandası ikinci yeri, Sumqayıt şəhər komandası üçüncü yeri tutmuşlar.
Yarışda qalib gəlmiş idmançılar Masallı rayon Gənclər və İdman İdarəsi  tərəfindən diplom və medallarla  mükafatlandırılmışdır.

Keçidlər