Şriftin ölçüsü :

Saytın rəngi :

Masallı Şahmat məktəbində Bayraq günü qeyd olundu

07 noyabr 2018 | 16:00

01-07 noyabr 2018-ci il tarixlərində Masallı rayon Gənclər və İdman İdarəsinin  təşkilatçılığı ilə Masallı rayon Uşaq-Gənclər İdman Şahmat məktəbində “09 Noyabr Dövlət Bayrağı Günü” nə həsr olunmuş uşaqlar və yeniyetmələr arasında Şahmat  idman növü üzrə Masallı rayon birinciliyi keçirilmişdir.

Yarışın açılış mərasimində Masallı rayon Gənclər və İdman İdarəsinin rəisi Camal Manafov çıxış edərək  “9 Noyabr Dövlət Bayrağı  Günü”münasibəti ilə idmançıları təbrik etmiş və Ulu öndər Heydər Əliyevin siyasi kursunun davamçısı Prezident cənab  İlham Əliyevin idmana göstərdiyi diqqət və qyğıdan danışmış və idmançılara uğurlar arzuladı.
Tədbirdə Masallı rayon Gənclər və İdman İdarəsinin idman sahəsi üzrə baş məsləhətçisi Şaban Əliyev, Təhsil şöbəsinin metodkabinetin müdiri Bəybala Xəlilov, Uşaq Gənclər İdman Şahmat məktəbinin direktoru Əlifağa Yaqubov çıxış edərək idmançılara uğurlar arzulamışdır.
70 nəfərə yaxın  idmançının iştrakı ilə keçirilən yarış olduqca  gərgin və maraqlı mübarizə şəraitində  keçirilmişdir.
Yarışda qalib gəlmiş bütün idmançılar  Masallı  rayon  Gənclər və İdman İdarəsi tərəfinidən diplomlarla  mükafatlandırılmışdır.

Keçidlər