Şriftin ölçüsü :

Saytın rəngi :

Masallıda “Müasir gənclik və İKT sahəsində gənclərin rolu” mövzusunda maarifləndirici seminar

15 noyabr 2018 | 16:00

15 Noyabr 2018-ci il tarixdə Masallı rayon Gənclər və İdman İdarəsinin , Masallı Telekommunikasiya qovşağının və Masallı Dövlət Regional Kollecinin birgə təşkilatçılığı ilə Gənclər Mərkəzində gənclərin İnformasiya-kommunikasiya texnologiya sahəsində bilik və bacarıqların artırılması istiqamətində “Müasir gənclik və İKT sahəsində gənclərin rolu” mövzusunda maarifləndirici seminar keçirilib

Tədbiri giriş sözü ilə açan Masallı Rayon Gənclər və İdman İdarəsinin rəisi Camal Manafov bildirdi ki,Müasir dövrümüzdə informasiya-kommunikasiya texnologiyalarının təsir dairəsi genişlənərək dövlət strukturlarını, vətəndaş cəmiyyəti institutlarını, iqtisadi və sosial sahələri, elm və təhsili, mədəniyyəti, bütövlükdə cəmiyyəti əhatə edir. Elə buna görə də informasiya texnologiyalarının daha geniş yayıldığı cəmiyyətlər dünyanın ən qabaqcıl cəmiyyətləri sayılır. Belə cəmiyyətlərin əsas üstün cəhətləri İKT-nin kütləvi istifadəsi, qlobal informasiya mühitinin yaradılması və digər bu kimi amillərdir. Bu gün bir çox inkişaf etmiş və inkişaf etməkdə olan ölkələr İKT-nin verdiyi üstünlüklərdən faydalanırlar. İnformasiya cəmiyyətinə istiqamətlənmiş yolun bəşəriyyətin gələcəyinə gedən yol olduğu heç kimdə şübhə doğurmur. İKT-nin tətbiqinin səviyyəsi hər bir ölkənin intellektual və elmi potensialının, dövlət idarəçiliyində şəffaflığın və demokratiyanın inkişafının əsas göstəricilərindəndir.
Tədbirdə Masallı Dövlət Regional Kollecinin metodisti, tarix müəllimi Baba Həsənov çıxış edərək bildirdi ki, indi cəmiyyəti informasiya-kommunikasiya texnologiyaları sahəsində mühüm yenilik olan internetsiz təsəvvür etmək qeyri-mümkündür. Azərbaycan dövləti internetin cəmiyyətin və insanların həyatının ayrılmaz hissəsi olduğunu nəzərə alaraq indiyə qədər bu istiqamətdə bir sıra addımlar atdığını diqqətə çatdırdı
Tədbirdə Masallı rayon Tellekommunukasiya Qovşağının Marketinq şöbəsinin meniceri Samir Qurbanov çıxış edərək bildirdi ki, Təqdiralayiq haldır ki, İKT-nin tətbiqinə Azərbaycanda da böyük diqqət yetirilir. Ölkəmizdə son illərdə İKT sahəsində ciddi addımlar atılıb, Azərbaycan hakimiyyəti bu istiqaməti dövlət siyasətinin əsas prioritetlərindən biri elan edib. Elə buna görə də hazırda İKT sektoru ölkəmizdə ən dinamik inkişaf edən sahələrdən biri olduğunu vurğuladı
Tədbirdə Təlimçi Rafət Şirəliyev tərəfindən 30 yağın gəncə gənclərin İnformasiya-kommunikasiya texnologiya sahəsində bilik və bacarıqların artırılması istiqamətinə aid təlim keçirildi, onları maraqlandıran müxtəlif istiqamətli suallar cavablandırıldı
Sonda gənclərin mövzu ilə bağlı çoxsaylı sualları cavablandırılıb.

Keçidlər