Şriftin ölçüsü :

Saytın rəngi :

Ulu öndərin anım gününə həsr olunmuş konfrans

12 dekabr 2018 | 16:00

12 dekabr 2018-ci il tarixdə Heydər Əliyev Mərkəzində ulu öndər Heydər Əliyevin xatirəsinə həsr olunmuş konfrans keçirilib.

Tədbir iştirakçıları əvvəlcə ümummilli liderin xatirəsini bir dəqiqəlik sükutla yad ediblər.
Ulu öndərin həyatı və titanik fəaliyyətindən bəhs edən video-çarx nümayiş etdirilib.
Konfransı giriş nitqi ilə açan YAP Masallı rayon təşkilatının sədri Seyfəddin Əliyev ulu öndərin qurucusu və memarı olduğu müstəqil dövlətimizin iqtisadi cəhətdən gücləndirilməsi istiqamətindəki fəaliyyətindən danışıb.
Məruzəçi qeyd edib ki, hər bir insanın tarixi dəyəri onun öz ölkəsi, Vətəni, milləti qarşısındakı xidmətləri ilə ölçülür. Zaman şəxsiyyəti yetişdirdiyi kimi dahi insanlar da tarixin gedişinə təsir edərək dövrün və zamanın baş qəhrəmanına çevrilirlər. Ulu öndər Heydər Əliyev də Azərbaycanın XX əsr tarixində dünyaya bəxş etdiyi əvəzolunmaz lider, böyük azərbaycanlı idi.
Məruzəçi ulu öndərin respublikaya rəhbərlik etdiyi 1969-1982-ci illərə nəzər saldı, bu müddətdə Azərbaycanın inkişafından danışdı.
1991-ci ilin 18 oktyabrında istiqlaliyyətini elan etmiş Azərbaycanın sonrakı mərhələdə üzləşdiyi fəlakət və sarsıntılar, ağır sosial-iqtisadi böhran, xaos və anarxiya mühitindən bəhs edən məruzəçi Azərbaycanın bu fəlakətdən qurtarmağa qadir yeganə şəxsiyyətin ulu öndər Heydər Əliyev olduğunu qeyd edərək göstərdi ki, xalq məhz bu yolu seçdi.
Natiq dedi: -1993-cü ilin iyununda ölkədə yaşanan təlatümlər təsdiqləyirdi ki, yalnız dəmir iradəyə, fitri idarəçilik keyfiyyətinə, geniş siyasi dünya görüşünə malik xarizmatik lider Azərbaycanın dövlət müstəqilliyini qorumaq, möhkəmləndirmək missiyasının öhdəsindən uğurla gələ bilər.
Azərbaycan xalqı 1993-cü ilin oktyabrında ulu öndər Heydər Əliyevə etimad göstərərək onu özünün rəhbəri seçmiş, müdrik liderin rəhbərliyi altında davamlı və dönməz inkişaf yoluna çıxmışdır.
Ulu öndər Heydər Əliyevin Azərbaycan dövlətçiliyi qarşısındakı ən böyük xidmətlərindən biri də 1995-ci ilin 12 noyabrında müstəqil respublikamızın ilk Konstitusiyasının qəbul edilməsi olmuşdur. Ulu öndər Heydər Əliyevin zəngin irsinə söykənən Prezident İlham Əliyev tərəfindən uğurla həyata keçirilən inkişaf strategiyasının təhlili onun üç fundamental prinsipə əməl etdiyini söyləməyə əsas verir. Bunlar güclü dövlət, səmərəli iqtisadiyyat və azad insandır.
Ulu öndər Heydər Əliyev müasir, hüquqi və dünyəvi dövlət quruculuğu sahəsindəki siyasəti Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin rəhbərliyi ilə uğurla davam etdirilir. Ölkəmiz dünyanın ən sürətlə inkişaf edən, yeniləşən, müasirləşən demokratik dövlətinə çevrilir.
Heydər Əliyev Mərkəzinin direktoru Dilbər İbayeva, rayon Ağsaqqallar şurasının sədri Ələşrəf Niftiyev çıxışlarında bildirmişlər ki, ölkənin ən ağır vəziyyətində xalqın tələbilə siyasi hakimiyyətə qayıdan ulu öndərimiz, dahi siyasətçi Heydər Əliyev dövlətimizi məhv olmaq təhlükəsindən xilas etdi. Azərbaycanı inkişaf yoluna çıxartdı.
Konfransı YAP Masallı rayon təşkilatının sədri S.Əliyev yekunlaşdırdı.

Keçidlər