Şriftin ölçüsü :

Saytın rəngi :

Masallıda Gənclər günü qeyd edildi

31 yanvar 2019 | 16:00

31 yanvar 2019-cu il tarixdə Masallı şəhər Mədəniyyət Mərkəzində Masallı rayon Gənclər və İdman İdarəsinin təşkilatçılığı ilə  “2 fevral – Azərbaycan Gəncləri günü” münasibəti ilə tədbir keçirilmişdir.
Əvvəlcə bir qurup gənc tərəfindən  Ümummilli Lider Heydər Əliyevin abidəsinin qarşısına gül dəstəsi qoyuldu.
Tədbiri giriş sözü ilə Masallı rayon Gənclər və İdman idarəsinin rəisi Camal Manafov  açaraq əvvəlcə təməli ümummilli liderimiz  Heydər Əliyev tərəfindən qoyulan gənclərimizin ən sevimli günlərindən biri olan 2 fevral Azərbaycan gəncləri günü münasibəti ilə bütün gəncləri təbrik etdi. Sonra  2018-ci il ərzində “Gənclər siyasəti haqqında” Azərbaycan Respublikası qanununun müvafiq bəndləri,” Azərbaycan gəncliyi 2017-2021-ci illər ” Dövlət Proqramından  danışaraq,  Azərbaycanda gənc nəslin problemlərinin kompleks həlli onların cəmiyyət həyatında layiqli təbəqə kimi iştirakı üçün dövlət səviyyəsində bütün lazımi işlərin görüldüyü diqqətə çatdırdı. Sonra Ölkə başçısının Gənclərin sahibkarlıq və məşğulluq imkanlarının artırılması və sahibkarlıq bacarıqlarının inkişaf etdirilməsi ölkənin hər bir yerində olduğu kimi rayonumuzdan da yan keçmədiyini və  bu istiqamətdə   Prezident cənab  İlham Əliyevin  təsdiq etdiyi Dövlət Proqramının rayonumuzda  icra olunması istiqamətində çox işlər görüldüyünü və Rayon rəhbəri cənab Rafil Hüseynovun sahibkarlığın inkişafına göstərdiyi diqqət və qayğıdana danışaraq.Bildirdi ki,    Rayon mərkəzində   geniş abadlıq, quruculuq işləri, dövlət layihələri həyata keçirilir, xüsusi ilə də  Rayonda Sənaye məhəlləsinin yaradılması rayon əhalisinin məşğulluğunu aradan qaldırılmasına kömək etmiş və 2018-ci il ərzində  Rayonda 400 nəfərdən artıq gənc işlə təmin olunmuşdur.Sonda bir daha İdarənin 2018-ci il ərzində gənclər və idman sahəsində əldə olunan naliyyətlər haqqında geniş məruzə etdi
Tədbirdə Masallı rayon Dəlləkoba kənd ümumi orta məktəbinin gənc müəllimi Cəbrayıl Əlili, Masallı Dövlət Regional Kollecinin gənclər təşkilatının sədri Leyla Baxışova  , Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Masallı rayon şöbəsinin müfəttişi şəhid Hüseynov Heybət Millət oğlunun övladı Ülvi Hüseynli çıxış edərək gəncləri təbrik edərək . Onlara gələcək işlərində uğurlar arzulayaraq bir daha  gəncləri bütün sahələrdə fəal olmağa çağırdı.
            Sonra tədbirdə  Rayon Ziyalılar Cəmiyyətinin sədri Qardaş Fətillayev çıxış edərək Gəncləri 2-Fevral Azərbaycan gəncləri günü münüsibəti ilə təbrik etmiş, onlara vətənimiz üçün layiqli bir gənc kimi yetişmələrini arzulamışdır.
Daha sonra tədbirdə  Masllı Rayon İcra Hakimiyyətinin başçısı cənab Rafil Hüseynov  çıxış edərək  əvvəlcə bütün Azərbaycan gənclərini bu əlamətdar bayram günü münasibətilə təbrik edərək, onlara gün-gündən daha da inkişaf edən ölkəmizdə xoşbəxt və firavan gənclik, sağlamlıq və uğurlu gələcək arzulayıb. İcra Hakimiyyəti Basçısı bildirib ki, Prezident İlham Əliyevin rəhbərliyi ilə ölkəmizdə həyata keçirilən siyasətin başlıca istiqamətlərindən biri gənclərə dövlət dəstəyinin gücləndirilməsi, onlara hərtərəfli diqqət və qayğı göstərilməsidir. Məhz bunun nəticəsidir ki, son illər respublikamızda həyata keçirilən tədbirlər gənclərin hərtərəfli inkişafının təmin olunması üçün siyasi, sosial-iqtisadi, mədəni təminatların yaradılmasını sürətləndirib, onların ictimai-siyasi fəallığının artmasına kömək edib. Belə ki, bu siyasət gənclərin tərbiyəsi, sağlamlığı, təhsili, intellektual və mənəvi inkişafı, asudə vaxtının səmərəli təşkili, həmçinin gənclərin cəmiyyət həyatının bütün sahələrində fəal iştirakı ilə bağlı məsələləri əhatə edir. Məhz Prezident cənab İlham Əliyevin xüsusi diqqəti və qayğısı sayəsində Azərbaycan gəncliyi artıq cəmiyyətin inkişafında ciddi rolu olan fəal sosial təbəqəyə çevrilib. Prezident cənab İlham Əliyevin təsdiq etdiyi Dövlət Proqramı", gənclərin təhsil səviyyəsinin yüksəldilməsi, sosial müdafiəsinin yaxşılaşdırılması sahəsində imzaladığı digər sənədlər də bu qayğının parlaq ifadəsidir. Dövlətin həyata keçirdiyi düşünülmüş, ardıcıl ictimai-sosial islahatlardan əhalinin bütün təbəqələri kimi gənclər də hərtərəfli yararlanırlar. Gənclərin himayədarı Prezident cənab İlham Əliyevin bütün fəaliyyəti dövründə Azərbaycan gəncliyinin hərtərəfli inkişafına diqqət və qayğı ilə yanaşmasının nəticəsidir ki, bu gün Azərbaycan gəncliyi özünü arxayın, güvənli hiss edir.
Daha sonra, Rayon İcra Hakimiyyəti və Rayon Gənclər və İdman İdarəsinin adından 2 fevral “Azərbaycan Gəncləri günü” münasibəti ilə rayonun ictimai-siyasi həyatında fəal iştirakına görə bir sıra gənclərə fəxri fərman və hədiyyələr təqdim olunub.
Tədbir gənc incəsənət ustalarının ifasında maraqlı konsert proqramı ilə davam etdirildi.


.

Keçidlər