Şriftin ölçüsü :

Saytın rəngi :

Masallı Dövlət Regional Kollecində anım tədbiri

25 fevral 2019 | 16:00

25 fevral 2019-cu il tarixdə Masallı Dövlət Regional Kollecində faciə qurbanlarının xatirəsinə həsr olunmuş anım tədbiri keçirilib.

Tədbirdə YAP rayon təşkilatının məsul işçiləri, kollecin müəllim və tələbə heyəti, ziyalılar, ictimaiyyət və KİV nümayəndələri iştirak ediblər.
Anım tədbirində soyqırım qurbanları və şəhidlərimizin xatirəsi bir dəqiqəlik sükutla yad edilib.
K ollecin direktoru Vidadi Nəzərov qan yaddaşımız olan Xocalı faciəsinin, ermənilərin xalqımıza qarşı törətdikləri vəhşiliklərin bəşəri cinayət olduğunu, Ermənistan hakimiyyətinin və dövlətinin tarix və beynəlxalq qanunlar qarşısında cavab verəcəkləri günün yaxında olduğunu bildirib.
Yeni Azərbaycan Partiyası rayon təşkilatının sədri Seyfəddin Əliyev soyqırımla bağlı həqiqətlərin dünyada tanıdılması üçün görülməsi vacib olan işlər barədə, o cümlədən soydaşlarımızın, xüsusilə gənclərin “Xocalıya ədalət!” adlı beynəlxalq informasiya kampaniyasında fəal iştirakının vacibliyindən danışıb.
O, vu rğulayıb ki, Prezident İlham Əliyevin apardığı məqsədyönlü siyasətin nəticəsində artıq 14 dövlətin – Pakistan, Meksika, Kolumbiya, Sudan, Peru, İordaniya, Honduras, Panama, Rumıniya, Cibuti, Çex Respublikası, Bosniya və Herseqovina, Qvatemala və Şotlandiyanın qanunverici orqanları və ABŞ-ın 22 ştatı Xocalı soyqırımını rəsmi qaydada tanıyıb.
S.Əliyev ümumilli lider Heydər Əliyevin ikinci dəfə hakimiyyətə qayıtdıqdan sonra Xocalı hadisələrinə hüquqi-siyasi qiymətin verilməsini təmin etdiyini bildirib, ölkə Prezidenti cənab İlham Əliyevin Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin həllində tutduğu prinsipial və vətənpərvər mövqeyindən bəhs edib.
Rayon gənclər və idman idarəsinin rəisi Camal Manafov bildirib ki, 1992-ci ilin 26 fevral tarixində Xocalıda baş vermiş qırğın erməni millətçi-şovinistlərinin və onların havadarlarının Azərbaycan xalqına qarşı apardıqları işğalçılıq, etnik təmizləmə və soyqırımı siyasətinin davamı idi.
Daha sonra faciə qurbanları tələbələrin ifasında “Yurdu dağılacaq yurd dağıdanın” ədəbi-bədii kompozisiya ilə anılmışdır. 
Masallı Dövlət Regional Kollecinin müəllimi Cəmaləddin Əliyevin quruluş verdiyi tamaşada tələbələr Humay Əliyeva, Dilruba Dadaşova, Səbinə Xəlilova, Savalan İmanov, Asiman Fitatlı, Miranə Əliyeva, balaca Nuray, Gülşən və başqaları çıxış ediblər.
Sonda tədbir iştirakçıları möhtərəm Prezidentimiz, Ali Baş Komandan İlham Əliyevin ətrafında sıx birləşərək işğal altında olan torpaqlarımızın düşmən tapdağından azad olunması naminə həmrəyliyin, birliyin vacibliyini ifadə ediblər.
Nümayiş olunan kompozisiya haqqında yüksək fikirlər səsləndirilib, kollektiv üzvlərinə Fəxri fərmanlar təqdim edilib.

Keçidlər