Şriftin ölçüsü :

Saytın rəngi :

Masallıda “Asan Həyat” Bahar festivalı açılış təntənəsi

16 mart 2019 | 16:00

16 mart 2019-cu il tarixdə Masallı şəhər ASAN Həyat Kompleksində Azərbaycan Xidmət Mərkəzi, Agentliyin tabeliyində İnnovasiyalar Mərkəzi və Masallı rayon İcra hakimiyyətinin birgə təşkilatçılığı ilə "Asan həyat" Bahar festivalının açılış mərasimi keçirilmişdir.

Mərasim Masallı rayon icra hakimiyyətinin başçısı Rafil Hüseynov, Asan Xidmət Agentliyin tabeliyində İnnovasiyalar Mərkəzinin direktoru Tağı Tağızadə, İran, Özbəkistan və Türkmənistan Respublikasının səfirləri və digər rəhbər işçilərin Asan Həyat Kompleksində təşkil olunmuş yarmarka və sərgi ilə tanışlıqları ilə başlamışdır.

Tədbir Masallı rayon icra hakimiyyətinin başçısı Rafil Hüseynov və Asan Xidmət Agentliyin tabeliyində İnnovasiyalar Mərkəzinin direktoru Tağı Tağızadənin Novruzun simvolu olan tonqalın alovlandırılması ilə açıldı.

Masallı şəhər “ASAN Həyat” kompleksində xalqımızın qədim adət-ənənələrindən sayılan Novruz bayramı münasibətilə təşkil edilən Bahar festivalı artıq birinci gündür ki, zəngin proqramı ilə Masallı sakinlərinə, eləcə də qurumun xidmətlərindən yararlanmaq üçün ətraf rayonlardan gələn vətəndaşlara unudulmaz anlar yaşadır. Bir sözlə, hər il olduğu kimi bu il də Masallıda baharın gəlişi yüksək əhval-ruhiyyə ilə qeyd olunur.
Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin tabeliyində olan “İnnovasiyalar Mərkəzi”nin Masallı Rayon İcra Hakimiyyəti ilə birgə təşkil etdiyi Bahar festivalı martın 16-dan başlayıb.
Festivalın əsas məqsədi xalqımızın qədim dəyərlərindən olan Novruz bayramının adət-ənənələrini yaşatmaq və gələcək nəsillərə ötürmək, insanların bayram əhval-ruhiyyəsini artırmaq, bölgələrdə yaşayan müxtəlif xalqların milli mədəniyyətini, musiqisini, folklorunu, mətbəxini nümayiş etdirmək və tanıtmaqdır.
“ASAN Həyat” kompleksinin həyətində xalqımızın Novruz adət-ənənələrini özündə əks etdirən sərgilər, guşələr yaradılıb, yerli şirkətlərin məhsullarından ibarət satış yarmarkalar təşkil edilib, milli personajların iştirakı ilə bayram tamaşaları, konsert proqramları təqdim olunub. Pəhləvan və kəndirbazların oyunları, Kosa və Keçəlin duzlu-məzəli zarafatları, idmançıların çıxışları festival iştirakçılarına xoş ovqat bəxş edib.
Tədbirdə Masallı Rayon İcra Hakimiyyətinin başçısı cənab Rafil Hüseynov, hüquq-mühafizə orqanlarının rəhbərləri, idarə, müəssisə, təşkilat rəhbərləri, rayonun ziyalıları, ağsaqalları və minlərlə rayon sakini iştirak edir.
Mərasimdə iştirak edən Masallı Rayon İcra Hakimiyyətinin başçısı cənab Rafil Hüseynov əvvəlcə milli adət ənənələrimizi özündə əks etdirən əl işləri, milli mətbəximizin nemətlərilə tanış oldu və bayram tonqalını alovlandırıb, möhtəşəm bayram tədbirini açıq élan etdi.
Həmçinin Novruz bayramı qeyd olunan ölkələrin nümayəndələrinin festivalda iştirakını təmin etməklə dövlətlərarası mədəni əlaqələrin inkişaf etdirilməsi prioritetdir. Belə ki, İran, Türkmənistan və Özbəkistanın Azərbaycan Respublikasındakı səfirliklə\rin nümayəndə heyətləri də öz ölkələrinə məxsus guşələrdə adət-ənənələrini nümayiş etdirib, şirniyyat paylayıblar.
“ASAN xidmət”in məsul əməkdaşları festival iştirakçılarını xalqımızın qədim el bayramlarından olan Novruz münasibətilə təbrik edib, onlara xoş əhval-ruhiyyə arzulayıblar. Sonra meydanın mərkəzində qurulan bayram tonqalı alovlandırılıb.
Əvvəlcə Dədə Qorqud, Bahar qızı və Novruz simvolları olan Keçəl-Kosa toplaşanları salamladılar və tədbir iştirakçılarını xalqımızın gözəl bayramı olan Novruz bayramı münasibətilə təbrik etdilər. Kosa və Keçəlin şən zarafatları, yumoristik səhnələri, idmançılarımızın meydanda öz idman ustalıqlarını nümayiş etdirmələri, yumurta döyüşləri şənliyə xüsusi rəng qatdı.
Bayram tədbirində Masallı Regional Mədəniyyət və Turizm İdarəsi, Masallı Dövlət Regional Kollecinin tələbələrinin, "Viləş" uşaq bağçasının körpələrindən ibarət kollektiv, rayonumuzun folklor kollektivlərinin rəngarəng çıxışları və Heydər Əliyev Mərkəzində fəaliyyət gostərən rəqs dərnəyinin şagirdlərinin rəqsləri ilə milli adət-ənələrimizi özündə əks etdirən müxtəlif səhnəciklər və geniş konsert proqramı təqdim olundu. Paytaxtdan dəvət olunan tanınmış müğənni və qəqqasələrin çıxışları festival iştirakçılarının ürəyincə olub.
Festival günlərində, həmçinin “ABAD Gastro Village” layihəsi çərçivəsində food trucklarda (təkərli qoşqular) “ABAD” məhsullarından hazırlanmış fast foodların satışı da həyata keçirilir.
Qeyd edək ki, Masallı şəhər “ASAN Həyat” kompleksində Bahar festivalı martın 19-u axşam saatlarınadək davam edəcək.

Keçidlər