Şriftin ölçüsü :

Saytın rəngi :

Vərəmlə Mübarizə üzrə Qlobal Fondun məsləhətçiləri Masallıda

16 aprel 2019 | 16:00

10 aprel 2019-cu il tarixdə  Masallı Rayon İcra Hakimiyyətində vərəmlə mübarizə üzrə Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) Qlobal Fondun məsləhətçiləri ilə işgüzar görüş keçirilib.
RİH başçısı cənab Rafil Hüseynov tərəfindən səmimi qarşılanan nümayəndə heyətinə Masallı səhiyyəsi haqqında məlumat verilib.
Masallıda həyata keçirilən Vərəmlə Mübarizə layihəsi barədə danışılıb. Bildirilib ki, son illərdə Masallıda vərəm haqqında biliklərin səviyyəsini artırmaq məqsədilə əhali arasında maarifləndirmə tədbirləri təşkil edilib. Bundan əlavə, vərəmin əlamətləri, ona yoluxma yolları barədə məlumat, habelə tibbi məsləhətlər və müvafiq müalicə alınmasına dair tövsiyələr verilib.
Qazanılmış uğurlar və qarşıda duran vəzifələr barədə məlumat verilib.
Diqqətə çatdırılıb ki, həyata keçirilən tədbirləri dəstəkləməklə mövcud maneələrin aradan qaldırılması yolu ilə vərəmin profilaktikası və müalicəsi prosesini sürətləndirməkdir.
ÜST-in beynəlxalq məsləhətçiləri Nikolas Nazidze, Dato Çorqoliani və başqaqları vərəmin diaqnostika, müalicə və profilaktikasına müasir yanaşma,  ölkə, Masallı rayon Ağciyər Xəstəlikləri Xəstəxanasının işindən, bu sahədəki uğurlarından və bu xəstəliyə yoluxanlar arsında güclü müayinənin və dərman preparatlarının olmasından, xəstəliyə yoluxanlar arasında azalmanın müşahidə olunduğu diqqətə çatdırılıb.
Gələsək perspektiv əməkdaşlıqdan danışılıb.
Regionda Vərəmlə Mübarizə üzrə həyata keçirilən tədbirlərin bundan sonra da diqqətdə qalacağı bildirilib.

Keçidlər