Şriftin ölçüsü :

Saytın rəngi :

Masallıda ümummilli lider Heydər Əliyevin xatirəsinə həsr olunmuş mini-futbol üzrə rayon birinciliyinə yekun vuruldu

10 may 2019 | 16:00

26 aprel 2019-cu il tarixdən Masallı rayon Gənclər və İdman İdarəsinin təşkilatçılığı ilə Ərkivan qəsəbə mərkəzi  futbol meydançasında  start götürən Ümummilli lider Heydər Əliyevin anadan olmasının 96-cı ildönümünə həsr olunmuş mini-futbol üzrə rayon birinciliyinə   May ayının  09-da  yekun vuruldu .
      Mükafatlandırma mərasimində çıxış edən Masallı rayon Gənclər və İdman İdarəsinin rəisi Camal Manafov  ümummilli lider Heydər Əliyevin  idmanın inkişafına  göstərdiyi diqqət və qayğıdan söz açmış, Prezident  cənab İlham Əliyevin bu siyasi xətti uğurla davam etdirdiyini bildirmişdir.
       Daha sonra Ərkivan qəsəbə Ərazi üzrə nümayəndəəsi İsrail Tağıyev , Rayon vetiranlar şurasının sədri Məmmədağa Şiriyev, Qəsəbə ağsaqqallarından Mehman Məmmədov  və başqaları çıxış edərək Ulu öndər Heydər Əliyevin keçdiyi həyat yolundan söz açaraq  dahi şəxsiyyətin Azərbaycan xalqı qarşısında gördüyü işlərdən danışaraq birinciliyin keçirilməsində əməyi olan hər bir insana öz minnətdarlıqlarını bildirmişlər.
     On iki  komandanın mübarizə apardığı yarışda “Ərkivan-Masallı” komandası final görüşündə “Binə Xocavar”   yığmasına  3:1 hesabı ilə qalib gələrək  yarışın  birincisi olmuşdur
      Sonda  Masallı rayon Gənclər və İdman İdarəsi tərəfindən müxtəlif nominasiyalar üzrə birincilikdə  iştirak edən idmançılara diplomlar  təqdim olunub.Qalib komanda isə kubok və diplola mükafatlandırıldı

Keçidlər