Şriftin ölçüsü :

Saytın rəngi :

Kartof sahələrində son işlər görülür

14 may 2019 | 16:00

Təzə Alvadı  kəndində  isə kartof sahələrində qızğın iş gedir.
Bu il ərazidə 186 hektar payıbəlli, 10 hektar həyətyanı torpaqlarda kartof yetişdirilmişdir. Hazırda kartof sahələri becərilir, bitkilərin dibi yumşaldılır, suvarılır. Fermerlərdən Əlicabbar Səfərov, Bəşirməmməd Məmmədov, Hadı İsmayılov, Zakir Fərəcov və başqaları sahələrdən daha çox məhsul əldə etmək üçün aqrotexniki tədbirləri keyfiyyətlə həyata keçirirlər.
Kənd ərazi nümayəndəsi Fəxrəddin Məmmədovdan aldığımız məlumata görə  polietilen örtük altında yetişdirilən 2 hektar sahədə kartof yığımı başa çatmışdır. Nübar məhsul bazarlara çıxarılmışdır.
Ərazidə iki hektar sahədə pomidor əkilməsi nəzərdə tutulmuşdur. Fermer Etibar Quliyev əkinə başlamışdır.  Bitkilər gündəlik suvarılır.

Keçidlər