Şriftin ölçüsü :

Saytın rəngi :

Masallı Rayon İcra Hakimiyyəti başçısının Bədəlan inzibati ərazi dairəsi üzrə nümayəndəliyində səyyar-görüş qəbulu

15 may 2019 | 16:00

15 may  2019-cu il tarixdə Masallı Rayon İcra Hakimiyyəti başçısının qrafikə uyğun olaraq növbəti səyyar görüş - qəbulu Bədəlan kəndində keçirilmişdir.Səyyar görüş- qəbulda 150-dən çox kənd sakini iştirak etmişdir.
Masallı Rayon İcra Hakimiyyətinin başçısı Rafil Hüseynov ölkəmizin sosial-iqtisadi inkişafı naminə dövlət səviyyəsində həyata keçirilən tədbirlərin, eləcə də son vaxtlar əhalinin rifah halının yaxşılaşdırılması, sosial problemlərin həlli istiqamətində ölkə rəhbərinin imzaladığı fərman və sərəncamların geniş icmalını verib, regionlara göstərilən diqqəti nəzərə çatdırıb, Masallıda görülən abadlıq-quruculuq işlərindən bəhs edib. O, cümlədən cənab Prezidentin tapşırığına əsasən Masallı rayonunda görülən işlər barədə ətraflı məlumat  vermişdir.
Sonra rayon İcra hakimiyyətinin başçısı Rafil Hüseynov sakinlərdən onları narahat edən məsələlər barədə məlumat və təklif vermələrini istəmişdir.
Ərazi sakinlərindən Sevda Babayeva, Həmdulla Məmmədov, Nizam Paşayev, Sabir Əsədov, Gülnarə Novruzova, Akif Abbasov və başqaları çıxış edərək mini çay fabriki, yanğınsöndürmə məntəqəsinin yaradılması, Bədəlan-Çayqıraq kəndlərini ayıran körpünün tikilməsinə kömək göstərilməsi, məscidin təmirinə icazə və kömək göstərilməsi məsələlərini gündəmə gətirmişlər.
Masallı Rayon İcra Hakimiyyətinin başçısı Rafil Hüseynov görüşü yekunlaşdıraraq, qaldırılan məsələlərin həlli istiqamətində müvafiq qurumlara tapşırıqlar vermişdir. Əksər məsələlər yerində həll olunmuş, digərləri nəzarətə götürülmüşdür.

 

 

Keçidlər