Şriftin ölçüsü :

Saytın rəngi :

DİM Direktorlar Şurasının sədr müavini Masallıda vətəndaşları qəbul edib

20 may 2019 | 16:00

20 may 2019-cu il tarixdə Dövlət İmtahan Mərkəzinin (DİM) Direktorlar Şurasının sədr müavini Namiq Babayev Masallıda vətəndaşları qəbul edib.

Əvvəlcə DİM Direktorlar Şurasının sədr müavini Masallı rayon mərkəzində ümummilli lider Heydər Əliyevin abidəsini ziyarət edib, abidə önünə gül dəstələri düzüb.
Görüşlərdə əsasən buraxılış imtahanlarının nəticələri, ali və orta ixtisas təhsili müəssisələrinə qəbul, dövlət qulluğuna qəbul, vakant dövlət qulluğu vəzifələri, magistraturaya qəbul, əvvəlki illərin məzunlarının qəbulu və digər məsələlərlə əlaqədar müraciətlər edilib.
Vətəndaşlara müraciətləri ilə bağlı ətraflı izahat verilib, DİM-in səlahiyyətlərinə aid olan bir çox məsələlər yerindəcə həll edilib. Digər müraciətlərin araşdırılması və baxılması üçün qeydiyyatı aparılıb.
Qeydiyyatdan keçənlərlə yanaşı, görüş zamanı birbaşa müraciət edən vətəndaşlar da N.Babayev tərəfindən dinlənilib və onların müraciətlərinin həlli üçün müvafiq tədbirlər görülüb.

Keçidlər