Şriftin ölçüsü :

Saytın rəngi :

Yeyənkənd ərazisində səyyar-görüş qəbulu

10 iyun 2019 | 16:00

10 iyun 2019-cu il tarixdə Masallı Rayon İcra Hakimiyyəti başçısının qrafikə uyğun olaraq növbəti səyyar görüş - qəbulu Yeyənkənd kəndində keçirilmişdir. Səyyar görüş - qəbulda  100-ə yaxın kənd sakini iştirak etmişdir.

Masallı Rayon İcra Hakimiyyətinin başçısı Rafil Hüseynov ölkəmizin sosial-iqtisadi inkişafı naminə dövlət səviyyəsində həyata keçirilən tədbirlərin, eləcə də son vaxtlar əhalinin rifah halının yaxşılaşdırılması, sosial problemlərin həlli istiqamətində ölkə rəhbərinin imzaladığı fərman və sərəncamların geniş icmalını verib, regionlara göstərilən diqqəti nəzərə çatdırıb, Masallıda görülən abadlıq-quruculuq işlərindən bəhs edib. O, cümlədən cənab Prezidentin tapşırığına əsasən Masallı rayonunda görülən işlər barədə ətraflı məlumat vermişdir.
Sonra rayon İcra hakimiyyətinin başçısı Rafil Hüseynov sakinlərdən onları narahat edən məsələlər barədə məlumat və təklif vermələrini istəmişdir.
Ərazi sakinlərindən Tofiq Hüseynov, Kəmalə Nəbiyeva, Əjdər Cəbiyev, Südavər Seyfullayeva, Rəna Qasımova
və başqaları çıxış edərək Xəlfələr kəndində qazın olmaması, xəstəliklə bağlı qrupların və sosial yardım verilməsi barədə və s. bağlı məsələlərini gündəmə gətirmişlər.
Masallı Rayon İcra Hakimiyyətinin başçısı Rafil Hüseynov görüşü yekunlaşdıraraq, qaldırılan məsələlərin həlli istiqamətində müvafiq qurumlara tapşırıqlar vermişdir. Əksər məsələlər yerində həll olunmuş, digərləri nəzarətə götürülmüşdür.

Keçidlər