Şriftin ölçüsü :

Saytın rəngi :

Masallı rayonunda “Son zəng” tədbirləri keçirilmişdir

14 iyun 2019 | 16:00

14 iyun 2019-cu il tarixdə Masallı rayonunun bütün məktəblərində ənənəvi «Son zəng» tədbirləri qeyd olunmuşdur.
Məktəblərdə şagirdlər və pedaqoji kollektivlər tərəfindən «Son zəng» bayramının yüksək səviyyədə keçirilməsi üçün geniş, rəngarəng tədbirlər həyata hazırlanmışdır.
Belə tədbirlərdən biri də şəhid Qəhrəman İsmayılov adına Şərəfə kənd tam orta məktəbində keçirilmişdir.
Qeyd edək ki, «Son zəng» tədbirinin keçirildiyi Şərəfə kənd tam orta məktəbini bu il iki sinif üzrə 39 nəfər məzun bitirir.
Masallı Rayon İcra Hakimiyyətinin başçısı cənab Rafil Hüseynov çıxışında qeyd etdi ki, Azərbaycan təhsilinin inkişafında ölkə Prezidenti cənab İlham Əliyevin xidmətləri xüsusi vurğulanmalıdır. Heydər Əliyev Fondu ölkədə təhsilin səviyyəsinin artırılması, təhsil müəssisələrinin əsaslı təmiri, yenilərinin tikintisi, onların bütün ləvazimatlarla təminatı və təhsil işçilərinə olan qayğı Azərbaycan Respublikasının Birinci vitse – prezidenti Mehriban xanım Əliyevanın təhsilə olan diqqətinin bariz nümunəsidir. Bu, Masallının timsalında da görünür.
İcra başçısı məktəbin 11-ci sinfini bitirən şagirdlərə müvəffəqiyyətlər, ölkəmiz və xalqımız üçün layiqli övlad olmalarını arzulamış, məktəbin pedaqoji kollektivinə gələcək işlərində uğurlar diləmişdir.
Tədbirdə Şərəfə kənd tam orta məktəbinin direktoru Gülcan Kərimova çıxışında rəhbərlik etdiyi təhsil ocağının fəaliyyətindən söz açmış, cari tədris ilində fərqlənən şagirdləri xüsusi qeyd etmişdir. O, 11-cu sinif şagirdlərinin hamısının gələcək həyatda yüksək nəticələr göstərəcəyinə ümidvar olduğunu bildirmiş, Azərbaycan təhsilinin inkişafından, son vaxtlarda məktəb kollektivinin qazandığı uğurlar barədə məlumat vermişdir. Məktəbin direktoru fərəhlə bildirmişdir ki, artıq məktəbimizin 4 şagirdi  600 - dən çox bal toplayaraq ölkənin müxtəlif ali məktəblərinin tələbəsidir.
Məktəbin müəllimləri Sevda Kərimova, Zivər Seyfullayeva, Fərqanə Əzizova və başqaları kollektivin uğurlarını qeyd etmişlər. Çıxışçılar bildirmişlər ki, bu gün ölkəmizdə həyatın bütün sahələri kimi, təhsilin inkişafına da xüsusi önəm verilir. Yeni məktəb binaları tikilir, xaricdə təhsil alan azərbaycanlı tələbələrin sayı ildən-ilə artır. Təbii ki, bu uğurların qazanılması Prezident İlham Əliyevin təhsilin inkişafına göstərdiyi diqqət və qayğıdan irəli gəlir.
Məktəbin məzunu, 600-dən yuxarı bal toplamış Surə Valeh qızı Seyfullayeva müəllimlərinə minnətdarlıq bildirmişdir.
Bu məktəbin əvvəlki illərinin - 20 ilin məzunu Rafiq Azad oğlu Məmmədov buraxılış imtahanlarını müvəffəqiyyətlə verən onbirincilərə və estafeti qəbul edəcək birincilərə uğurlar arzulamışdır.
“Son zəng” tədbirlərində müəllimlər, valideynlər, qonaqlar da məzunlara öz ürək sözlərini çatdıraraq onlara müstəqil həyatda uğurlar arzuladılar.
Məktəblərin “Son zəng” tədbirləri məktəblilərin musiqili-bədii çıxışları ilə davam etmişdir.

Keçidlər