Şriftin ölçüsü :

Saytın rəngi :

Kənd Təsərrüfatı Nazirliyinin mütəxəssisləri Masallıda çayçılığın vəziyyəti ilə tanış olublar

08 iyul 2019 | 16:00

“Azərbaycan Respublikasında çayçılığın inkişafına dair 2018–2027-ci illər üçün Dövlət Proqramı”nın icrası ilə bağlı Kənd Təsərrüfatı Nazirliyinin Elmi-Tədqiqat Mərkəzinin mütəxəssisləri Masallı rayonunda olublar.

Nazirliyin mütəxəssisləri üç gün ərzində Masallıda çayçılıqla məşğul olan fermerlər və mütəxəssislərlə görüşüb, elmi-tədqiqat müəssisələrində, fermer təsərrüfatlarında görülən işlərlə əyani tanış olublar. Mərkəzin aparıcı mütəxəssisi İlkin Hüseynov Masallıda plantasiyaların vəziyyəti ilə tanış olub, görülən işlər barədə təsərrüfatın bu sahəsi ilə məşğul olan əməkçilərlə fikir mübadiləsi aparıb. Nazirlik əməkdaşı irəli sürülən təklifləri Elmi-Tədqiqat Mərkəzinə çatdıracağını bildirib.
Görülən işlərdən razı qaldıqlarını bildirən nazirliyin mütəxəssisləri Cənub bölgəsində, Masallı rayonunun çayçılıq təsərrüfatlarında olduqlarını, fermerlərlə görüşdüklərini, çayçılığın inkişafı ilə əlaqədar Dövlət Proqramının icrası ilə bağlı zəngin məlumat əldə etdiklərini və bu məlumatların gələcəkdə çayçılığın daha sürətli inkişafında faydalı olacağına əminliklərini ifadə ediblər.
Rayon üzr ə 24 929 hektar  ə kin ə yararlı torpaq sahəsi mövcuddur. Ondan əsas ən çay və sitrus bitkiləri üçün yararlı olan 9 000 hektar turş torpaqlar uzun müddətdir ki, əkilmir.
Qeyd edək ki, Masallının torpaq-iqlim şəraiti az əməktutumlu olan taxılçılıq sahəsini səmərəsiz və əsasən qeyri-rentabelli edir. Amma, 1000 hektar çay sahəsində 3000 iş yeri yaranmaqla, 5 milyon manatdan artıq xalis gəlir əldə etmək mümkündür. Məhsulun xarici bazarlara çıxarılması imkanı genişdir. Təkcə ölkənin çaya tələbatı 9000 ton, xarici bazarlara ixrac imkanları bəzi hesablamalara görə, 8000-10000 tondur. Ölkə üzrə çay istehsal isə daxili tələbatın 10%-ni təşkil edir: Əvvəllər rayon ərazisində 3324 hektarda çay plantasiyaları mövcud olub. Çay plantasiyalarından 8492 ton yaş yarpaq toplanıb və rayon ərazisində mövcud olan beş çay fabrikində emal edilərək, 3 min ton quru çay  istehsal olunurdu. Hazırda rayon ərazisində 105 hektar çay plantasiyası mövcuddur. Keçən il Masallıda çayçılığın inkişaf etdirilməsi istiqamətində müəyyən işlər görülüb. Belə ki, keçmişdə mövcud olan 5 hektar  sahədə çay sahəsi bərpa edilib. Kolatanda "Azərsun Holding” şirkəti tərəfindən 100 hektar çay plantasiyası salınıb. Daha 1000 hektar sahədə çay plantasiyasının salınması nəzərdə tutulub. Bununla əlaqədar müvafiq tədbirlər həyata keçirilir. Belə ki, 550 hektar sahədə çay plantasiyalarının salınmasından ötrü torpaq mülkiyyətçilərindən razılıq alınıb və həmin torpaq sahələrinin xəritə sxemləri hazırlanıb.

Keçidlər