Şriftin ölçüsü :

Saytın rəngi :

Yeddioymaqdan Qızılağacadək...

17 iyul 2019 | 16:00

Yayın gəlişi Masallıda yolların asfaltlaşdırılması və təmiri işləri günbəgün sürətlənir. Rayondakı 47 nömrəli Yol İstismar MMC-nin kolektivi Masallı Rayon İcra Hakimiyyətinin göstərişinə əsasən bu günlərdə üçüncü magistral yoldan Qızılağaca kimi 7 kilometrədək yola asfalt çəkilmiş, təmir işləri görülmüşdür.
Masallı Rayon İcra Hakimiyyətinin təsisçiliyi ilə həftədə bir dəfə nəşr olunan "Yeni həyat" qəzetinin redaksiyasına Masallıdakı 47 nömrəli yol istismarı idarəsinin baş mühəndisi Məmmədağa Dadaşovun verdiyi məlumata görə  Şıxlar, Yeddioymaq, Qasımlıdan keçən yollar da təmir edilmişdir. Asfaltçəkmə və təmir işləri xeyriyyəçilərin vəsaiti ilə aparılmışdır. Arif Nemətovun və Ramiz Əliyevin başçılıq etdiyi kollektivlər bu tədbirdə fərqlənmişlər.

Keçidlər