Şriftin ölçüsü :

Saytın rəngi :

Masallının Xanalion kəndində “Şəhidlər bulağı” istifadəyə verildi

22 avqust 2019 | 16:00

  22 avqust 2019-cu il tarixdə Masallı rayon Xanalion kəndində ”Şəhidlər bulağı” kompleksinin açılışı mərasimi keçirilmişdir.

  Rayon icra hakimiyyətinin dəstəyi, Bələdiyyə və Şəhid Nizami Bağışovun əmisi, iş adamı Hidayət İbadovun təşəbbüsü və zəhməti ilə şəhidlərin xatirəsini əbədiləşdirmək məqsədilə kəndin mərkəzində bulaq tikilmiş, uzaq məsafədən borularla kəndə su xətti çəkmişdir. Bu layihə nəticəsində 1294 nəfər əhali içməli sudan istifadə edəcəklər.
Mərasimi açan Sığdaş kənd inzibati ərazi dairəsi üzrə nümayəndəsi İsrafil Əliyev sakinləri təbrik etmiş, suyun çəkilişində zəhməti olan hər kəsə öz dərin təşəkkürünü bildirmişdir.
  İş adamı Hidayət İbadov, ziyalı Sail Məcidov bu problemin həllində hər cür köməklik göstərənlərə minnətdarlıq etmişlər.
  Masallı rayon İcra Hakimiyyətinin başçısı cənab Rafil Hüseynov bulağın çəkilməsi münasibəti ilə kənd sakinlərini təbrik etmiş, ölkəmizdə insanların sosial rifahının yaxçşılaşdırılması itəqamətində görülmüş işlərə görə ölkə başçısı cənab Preziden ilham Əliyevə minnətdarlığını ifadə etmişdir.
  Sonda rayon icra hakimiyyətinin başçısı iş adamı Hidayət İbadovla birgə rəmzi lenti kəsməklə bulağın açlışını etmişdir.

Keçidlər