Şriftin ölçüsü :

Saytın rəngi :

ŞIXLAR KƏNDİNDƏ YENİ MƏKTƏB BİNASI İSTİFADƏYƏ VERİLDİ

16 sentyabr 2019 | 16:00

16 sentyabr 2019-cu il tarixdə Masallı rayonunun Şıxlar 2 nömrəli ümumi orta məktəbi üçün tikilmiş modul tipli məktəb binasının açılışı mərasimi olmuşdur. Bu münasibətlə keçirilən tədbiri giriş sözü ilə məktəbin direktoru Şirməmməd Həsənov qeyd etmişdir ki, yeni məktəb tədrisin səviyyəsini daha da yüksəldəcək, dərs şəraitini xeyli yaxşılaşdıracaq.

Kənd sakinləri Dilarə Həsənova, Canəli Camalov həmkəndlilərini, müəllim və şagird kollektivini təbrik edib yeni məktəb binasına görə ölkə başçısına və onun xanımına dərin minnətdarlıq bildirdi.
Çıxış edənlər onu da bildirdilər ki, belə layihələrin uğurlu həlli dövlət başçısının təhsilimizə daimi qayğısından, rayon rəhbərinin əhali ilə əməli vəhdətindən qaynaqlanır.
Açılış mərasimində çıxış edən Respublika Təhsil Nazirliyinin Aparat rəhbərinin müavini Fərzəli Qədirov Azərbaycan xalqının ümummilli liderin təhsilin inkişafına, müəllimlərə həmişə böyük diqqət və qayğı ilə yanaşdığını, bu işi dövlət siyasətinin mühüm bir sahəsi hesab etdiyini vurğulayıb. O, bildirib ki, artıq Azərbaycan təhsil sistemi yeni inkişaf dövrünə qədəm qoyub. Möhtərəm Prezidentimiz cənab İlham Əliyevin qayğısı, Heydər Əliyev Fondunun həyata keçirdiyi layihələr ulu öndərin təhsil siyasətinin uğurlu davamı və inkişaf meyarıdır.
Qeyd olunub ki, regionların sosial-iqtisadi inkişafına dair Dövlət proqramlarının icrası nəticəsində bu il ölkədə 84, eləcə də son illər Masallı rayonunda 50 məktəb binası tikilib və ya əsaslı təmir edilərək şagird və müəllimlərin istifadəsinə verilib.
Təhsil müəssisələrində təlim-tərbiyə işlərinin təşkili, valideyn-müəllim münasibətlərinin tənzimlənməsindən bəhs edən F.Qədirov ötən ilə nisbətən bu tədris ilinin nəticələrinə görə Masallı təhsilində irəliləyiş nəzərə çarpacaq dərəcədədir.
O,mərasim iştirakçılarını Bilik Günü münasibətilə təbrik edib, müəllim və şagirdlərə uğurlar arzulayıb.

 

 

 

Keçidlər