Şriftin ölçüsü :

Saytın rəngi :

İmadəddin Nəsiminin 650 illik yubileyinə həsr olunmuş “inşa-yazı” müsabiqəsi

10 oktyabr 2019 | 16:00

Masallıda Böyük Azərbaycan şairi İmadəddin Nəsiminin 650 illik yubileyinə həsr olunmuş “inşa-yazı” müsabiqəsi keçirilib

09-10 oktyabr 2019-cu il tarixlərdə Masallı rayon Gənclər və İdman İdarəsi və Təhsil şöbəsinin birgə təşkilatçılığı ilə Gənclər Mərkəzində Masallı rayon tam orta ümumtəhsil məktəbləriini XI sinif şagirdləri arasında Böyük Azərbaycan şairi İmadəddin Nəsiminin 650 illik yubileyinə həsr olunmuş “inşa-yazı” müsabiqəsi keçirilib

Masallı rayon Gənclər və İdman İdarəsinin rəisİ Camal Manafov tədbirdə çıxış edərək iştirakçıları salamlamış və bildirmişdir ki, Böyük Azərbaycan şairi İmadəddin Nəsimi yaradıcılığının dünyada tanınması, adının əbədiləşdirilməsi, əsərlərinin araşdırılması və kütləvi şəkildə nəşr edilməsinin ulu öndər Heydər Əliyevin adı ilə bağlıdır. Qeyd edilib ki, Nəsiminin 600 illik yubileyi dövlət səviyyəsində məhz 70-ci illərdə ümummilli lider Heydər Əliyevin təşəbbüsü ilə qeyd edilib və tarixdə ilk dəfə UNESCO tərəfindən bir Azərbaycan şairinin yubileyinin layiqincə keçirilməsinə nail olunub. Bu siyasətin bu gün də Azərbaycan Respublikasının Prezident cənab İlham Əliyev tərəfindən uğurla davam etdirilir.C.Manafov tədbirdə Ölkə başçısının gənc nəsilə göstərdiyi diqqət və qayğıdan və gənclər üçün yaradılan şəraitdən danışaraq iştirakçılara uğurlar arzulamışdır.

Tədbirdə Masallı rayon Təhsil şöbəsinin metodisti Əkbər Balaşoğlu çıxış edərək şairin Azərbaycanda fəlsəfi poeziyanın əsasını qoyanlardan biri olduğunu, ana dilində gözəl şeirlər yazdığını və buna görə də onun şeirlərinin həmişə dillər əzbəri olduğunu diqqətə çatdırıb.

İki gün davam edən müsabiqənin sonunda münsiflər heyəti tərəfindən qaliblər müəyyən edilib:

Belə ki, Bədəlan kənd tam orta məktəbin şagirdi Cəfərzadə Dünya Fikrət qızı birinci yerə, Bala Kolatan kənd tam orta məktəbin şagirdi Ağayeva Aynur Niyaz qızı ikinci yerə, B.Məmmədov adına Böyük Xocavar kənd tam orta məktəbinin şagirdi Feyzullayev İqrar Anar oğlu üçüncü yerə layiq görülmüşlər. Fərqləndiyinə görə isə F.Xancanov adına Musaküçə kənd tam orta məktəbinin şagirdi Rzayeva Əsbət Firdosi qızı xüsusi diplomla mükafatlandırılıb

Müsabiqədə qalib gəlmiş bütün şagirdlər Rayon Gənclər və İdman idarəsi tərəfindən diplomla təltif olunmuşlar.

Keçidlər