Şriftin ölçüsü :

Saytın rəngi :

Masallıda “Böyük ömrün dastanı” ədəbi-bədii kompozisiya

11 dekabr 2019 | 16:00

11 dekabr 2019-cu  il tarixdə Masallı şəhər Mədəniyyət Mərkəzində ulu öndər Heydər Əliyevin vəfatının 16-cı ildönümü ilə əlaqədar olaraq Masallı Dövlət Regionalı Kolleci tələbələrinin ifasında "Böyük ömrün dastanı" adlı ədəbi-bədii kompozosiya təqdim edilmişdir.

Dahi lider Heydər Əliyevin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilmişdir.

Tədbiri giriş sözü ilə açan Masallı Rayon İcra Hakimiyyətinin başçısı Şahin Məmmədov ulu öndər Heydər Əliyevin Azərbaycan xalqının qarşısındakı əvəzsiz xidmətlərindən bəhs etmişdir. Rayon rəhbəri dahi liderin şərəfli həyat yoluna ətraflı nəzər salmışdır.

Masallı Rayon Ağsaqqallar Şurasının sədri Ələşrəf Niftiyev və gənc Heydərçi Cəbrayıl Əlili çıxış edib ulu öndərin həyat yolunun bəzi məqamlarından danışmış, müstəqilliyiumizin və dövlətçiliyimizin möhkəmlənməsi, Azərbaycanın qüdrətlənməsi yolunda apardığı məqsədyönlü siyasətindən bəhs etmişlər.

Sonra tədbirdə Xalq şairi Zəlimxan Yaqubun “Böyük ömrün dastanı” əsəri əsasında hazırlanmış ədəbi-bədii kompozisiya nümayiş etdirilmişdir. Rayon Mədəniyyət Evinin səhnəsində göstərilən tamaşanı Masallı Xalq Teatrının rejissoru Cəmaləddin Əliyev səhnələşdirmişdir.

Ədəbi-bədii kompozosiya tamaşaçılar tərəfindən böyük maraqla qarşılanmışdır.

Axırda Masallı Rayon İcra Hakimiyyətinin başçısı Şahin Məmmədov "Böyük ömrün dastanı" tamaşasına görə Dövlət Regional Kollecinin tələbələrinə təşəkkür etmişdir.

Keçidlər