Şriftin ölçüsü :

Saytın rəngi :

Masallıda 20 Yanvar faciəsinə həsr olunmuş “Rəsm” müsabiqəsi

17 yanvar 2020 | 16:00

17 yanvar 2020-ci il tarixdə Masallı rayon Gənclər və İdman İdarəsi və Təhsil şöbəsinin birgə təşkilatçılığı ilə Gənclər Mərkəzində gənclər arasında 20 Yanvar faciəsinin otuzuncu ildönümünə həsr olunmuş “Rəsm” müsabiqəsi keçirilmişdir.

Tədbirdə əvvəlcə 20 yanvar şəhidlərinin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edildi.

Masallı rayon Gənclər və İdman İdarəsinin rəisi Camal Manafov çıxış edərək 20 Yanvar faciəsi ilə bağlı ətraflı məlumat verib. Bildirib ki, Azərbaycan xalqının yaxın tarixinin şanlı və unudulmaz səhifələrindən biri də 20 Yanvar faciəsidir. 1990-cı il yanvarın 19-dan 20-nə keçən gecə sovet ordusu paytaxtın müxtəlif istiqamətlərindən şəhərə daxil olaraq dinc sakinlərə divan tutdu, günahsız insanlar gülləboran edildi, yüzlərlə insan yaralandı. Həmin dəhşətli gecədə şəhid olaraq azadlıq yolunda canını qurban verənlər də oldu. Qanlı şənbə gecəsindən sonra da xalqımız qorxmadan küçələrə axışaraq müqəddəs yolda qurban gedən Vətən övladlarını izdihamla son mənzilə yola saldı. İyirmi Yanvar gecəsi baş verənlər qürur və iftixar yerimizdir. Çünki o dəhşətli gecə milli düşüncəmizdə dəyişikliyə səbəb oldu, xalqımız bir amal ətrafında sıx birləşdi. Azərbaycan xalqı azadlığımızın memarlarının əziz xatirəsini heç zaman unutmayacaq.

Tədbirdə Masallı rayon Təhsil şöbəsinin metodisti Əyyar Burhanov çıxış edərək müsabiqənin əhəmiyyətindən danışıb, 20 Yanvar şəhidlərinin qürur və qəhrəmanlıq nümunəsi olduğu qeyd edib.

Sonda münsiflər heyyəti tərəfindən qaliblər müəyyən edilib:

Rəsm müsabiqəsində 14-16 yaşlı gənclər iştrak etmişdirlər:

S.Vurğun adına Türkoba kənd tam orta məktəbin şagirdi Ağayeva İlahə Şöhlət qızı birinci yerə, B.Məmmədov adına Böyük Xocavar kənd tam orta məktəbin şagirdi Babayev Əlisa Musa oğlu ikinci yerə, E.Ağayev adına Hişkədərə kənd tam orta məktəbin şagirdi Asifzadə Nəzrin Elvin qızı üçüncü yerə layiq görülmüşdür.Xüsusi fərqləndiyinə görə isə R. Əlihəsnov adına Şəhər 1 nömrəli tam orta məktəbin şagirdi Qəniyeva Aysu Xalid qızı diplomla mükafatlandırılmışdır

Müsabiqədə qalib gəlmiş bütün gənclər rayon Gənclər və İdman idarəsi tərəfindən diplomla təltif olunmuşlar.

Keçidlər