Şriftin ölçüsü :

Saytın rəngi :

Masallıda sərbəst güləş idman növü üzrə rayon birinciliyi

18 yanvar 2020 | 16:00

17-18 yanvar 2020-ci il tarixlərdə Masallı rayon Gənclər və İdman İdarəsinin təşkilatçılığı ilə T.Bayraməlibəyov adına Yeddioymaq 2 nömrəli tam orta məktəbin idman zalında 20 Yanvar şəhidlərinin otuzuncu ildönümünə həsr olunmuş uşaqlar və yeniyetmələr arasında sərbəst güləş idman növü üzrə Masallı rayon birinciliyi keçirilmişdir.

Yarışın əsas məqsədi 20 yanvar şəhidlərinin xatirəsini əziz tutmaq , uşaq və yeniyetmələrin idmana cəlb edilməsi, idmançılar arasında dostluq əlaqələrinin möhkəmləndirilməsi həmçinin rayonda idmanın kütləviliyinin təmin edilməsindən ibarət olmuşdur.

10 çəki dərəcəsində 100 nəfərə yaxın idmançının iştrakı ilə keçirilən yarış olduqca gərgin mübarizə şəraitində keçirilmişdir. İki gün davam edən yarışda qalib gəlmiş idmançılar Masallı rayon Gənclər və İdman İdarəsi tərəfindən diplomlarla mükafatlandırılmışlar.

Keçidlər