Şriftin ölçüsü :

Saytın rəngi :

Tüklə ərazisində hesabat yığıncağı

28 yanvar 2020 | 16:00

Tüklə   kənd   inzibati   ərazi  dairəsi  üzrə nümayəndəsi  Kərim Ağayev məruzəsində bildirib ki, ərazi dairəsinin mərkəzi Tüklə kəndi olmaqla Məmmədoba və Tiyaqani yaşayış  məntəqələrini əhatə edir.

Təsərrüfatların sayı 823,əhalisinin sayı 3960 nəfərdir.Tüklə və Məmmədoba kəndlərində mövcud 5 sututar Azərbaycan Melorasiya və Su təsərrüfatı Açıq Səhmdar Cəmiyyəti tərəfindən təmir-bərkitmə işləri həyata keçirilmişdir. Tiyaqani kəndində təzə KADP və 60 kva transformator dəyişdirilərək 250 kva transformatorla əvəz edilmişdir. 3 yaşayış məntəqəsi üzrə 12 yararsız elektrik dirəyi dəyişdirilmiş, təmirə ehtiyac olan elektrik xətlərində təmir-bərpa işləri həyata keçirilmişdir. Tüklə kənd məscidinin köhnə keramit dam örtüyü dəmir şiferlə əvəzlənimişdir. Tüklə və Məmmədoba kəndlərinin məhəlləarası yollarının 1,5 km məsafəsinə çınqıl döşənmişdir. Məmmədoba bulağı istismara verilmişdir. Tüklə, Məmmədoba,Tiyaqani yaşayış məntəqələrinin  su aparıcı kanalları təmizlənmiş və dərinləşdirilmişdir. Böyük Vətən Müharibəsi iştirakçıları və Qarabağ müharibəsi şəhidləri abidə - kompleksində təmir bərpa işləri aparılmış,kompleksin 100 kv.metr  həyətyanı sahəsində köhnəlmiş metlax örtüyü dəyişdirilərək yenisilə əvəzlənmişdir.

Ərazidə tarixi gün və bayramlar xüsusi qeyd edilmişdir.Belə ki,ərazidə ulu öndər Heydər Əliyevin doğum və anım günləri, 20 yanvar faciəsinin il dönümü, 26 Fevral Xocalı soyqırımı, 31 mart Azərbaycanlıların Soyqırımı, Dünya azərbaycanlılarının həmrəylik və Yeni il bayramı, Novruz bayramı,Bayraq günü və digər tarixi gün və bayram günləri ərazidə qeyd edilmişdir.

Nümayəndəliyə 2019-cu ildə müxtəlif təşkilatlardan 17  sənəd məktub daxil olmuşdur.

92  sənəd məktub  müxtəlif idarə və təşkilatlara göndərilmişdir.

Nümayəndəlikdə 03 nikah, 35 doğum, 08 ölüm faktı qeydiyyata alınmışdır.

Tüklə kənd inzibati ərazi dairəsi üzrə 1 tam  orta məktəb fəaliyyət göstərir.Məktəbdə  186  şagird təhsil alır,onların təlim tərbiyəsi ilə 23 müəllim məşğul olur.

2018-2019-cu il tədris ilində Ə.İbadov adına Tüklə tam orta məktəbinin XI sinfi üzrə 8 nəfər məzundan 2 nəfəri ali məktəbə daxil olmuşdur. IX sinif şagirdləri Nəcəfov Ayxan Ziya oğlu Masallı şəhərində 20 yanvar şəhidlərinin ildönümü ilə əlaqədar keçirilən sərbəst güləş üzrə yarışmada I yerə, Əkbərov Rinat Şamxal oğlu Respublika Fənn Olimpiadalarının növbəti turunda uğur qazanaraq riyaziyyat fənni üzrə növbəti mərhələyə vəsiqə qazanmış, Şabanova Fatimə Fəzail qızı Masallı rayon Gənclər və İdman İdarəsinin təşkilatçılığı ilə keçirilən inşa müsabiqəsində I yerə layiq görülmüşlər. Əli İbadov adına Tüklə kənd tam orta məktəbində rayon Təhsil şöbəsinin məsul işçiləri, Polis bölməsinin əməkdaşları və məktəb kollektivi  ilə birgə məktəblilər üçün erkən nikah,narkomaniya və dini ekstremizmin törətdiyi fəsadlar mövzusunda tədbirlər təşkil edilmişdir.Təhsil Nazirliyinin IX siniflər üzrə təşkil etdiyi sınaq imtahanlarında şagirlərimiz yüksək nəticə göstərərək rayon məktəbləri arasında 6-cı yerə yüksəlmişlər.

Ərazidə 2 həkim məntəqəsi vətəndaşlara xidmət göstərir.Tüklə kənd həkim məntəqəsində 1 həkim və 4 tibb bacısı işləyir.

Tüklə kənd inzibati ərazi dairəsində elektron ATS, poçt  fəaliyyət göstərir.

Ərazimizin pay torpaqlarında 3 ha sahədə çay bitkisi əkilmiş və çay əkini davam etdirilir. Baramaçılıq sahəsinin inkişafı üçün 680 ədəd yerli və Çin Xalq Respublikasından gətirilmiş tut tingi əkilmişdir.200 ədəd  yerli tut tingi Ə.İbadov adına Tüklə kənd tam orta məktəbinin həyətində, 480 ədəd ÇXR növlü tut tinginin 300 ədədi ərazi nümayəndəliyin həyətində,180 ədədi isə Tüklə kənd həkim məntəqəsinin həyətində əkilmişdir.2019-cu ildə ərazimizin kənd sakinləri tərəfindən 4 qutu barama saxlanılmışdır ki,bu barama qutularından 172 kq barama əldə edilmişdir. 23 ha ərazidə çəltik əkini aparılmışdır.Əkilən çəltik sahəsindən 780 sentner məhsul yığılmışdır.

1 ha əkilən tütün sahəsindən isə 1 ton 700 kq quru tütün təhvil verilmişdir.  Əli İbadov adına Tüklə tam orta məktəbin əsaslı təmir edilməsi,ərazi dairəsində aqrar sahənin inkişafı üçün vətəndaşlar arasında maarifləndirmə işlərinin daha da gücləndirilməsi,həmçinin əraziyə sahibkarların və xeyriyyəçi insanlarla birlikdə müəyyən işlərin görülməsi üçün səylərimizi davam etdirəcəyik.

Keçidlər