Şriftin ölçüsü :

Saytın rəngi :

Lürən ərazisində hesabat yığıncağı

28 yanvar 2020 | 16:00

Lürən kənd inzibati ərazi vahidi üç kəndi Lürən , Pircana Yusifli kəndlərini əhatə edir. Kəndimiz rayon mərkəzindən 6 km məsafədə yerləşir.Ərazinin ümumi torpaq sahəsi 533 ha, əhalisi isə 514 təsərrüfat olmaqla 1913 nəfərdir. Əhalinin əsas məşğuliyyəti əkinçilik və maldarlıqdır.

Lürən kənd inzibati ərazi dairəsi üzrə nümayəndəlik öz işini Azərbaycan Respublikası Prezidentinin 06 iyun 2012-ci il tarixli 648 nömrəli Fərmanına əsasən “Yerli İcra hakimiyyətləri haqqında əsasnamə”yə uyğun olaraq qurmuşdur. 2019-cu ildə nümayəndəlikdə 8 əmr verilmişdir.Nümayəndəliyin fəaliyyətini əhatə edən illik və rüblük iş planları hazırlanaraq təsdiq edilmişdir.İş planında nəzərdə tutulmuş maddələr üzrə nümayəndəlik tərəfindən səlahiyyətləri daxilində 67 sərəncam, verilmişdir.Verilən sərəncamlar əsasən ərazinin sosial-iqtisadi inkişafı,vətəndaşların müraciətlərinə baxılmasının yaxşılaşdırılması,hər il yanvarın 1 vəziyyətinə təsərrüfatbaşına kitabların dürüstləşdirilməsi,tarixi gün və bayramların qeyd edilməsi,kütləvi tədbirlərin keçirilməsi,qanunsuz tikililər və azyaşlı qızların erkən ailə həyatı qurmasının qarşısının alınması, bələdiyyə ilə birgə iş fəaliyyəti və digər məsələlər barədə olmuşdur.

Hesabat dövrü ərzində milli-mənəvi dəyərlərimizin, adət-ənənələrimizin qorunub saxlanması, inkişaf və təbliğ etdirilməsi, tarixi hadisələrin, əlamətdar günlərin qeyd edilməsi, ərazidə fəaliyyət göstərən təhsil, səhiyyə , mədəniyyət müəssisələri və dini qurumlarla qarşılıqlı münasibətlərin qurulması, onların fəaliyyətinin koordinasiyası prioritet istiqamətlərdən olmuşdur.Belə ki,ərazidə ulu öndər Heydər Əliyevin doğum və anım günləri,20 yanvar faciəsinin il dönümü,26 Fevral Xocalı soyqırımı,31 mart Azərbaycanlıların Soyqırımı və digər tarixi gün və bayram günləri ərazidə qeyd edilmişdir.

 

Keçidlər