Şriftin ölçüsü :

Saytın rəngi :

Təhsilin maddi-texniki bazası möhkəmləndirilir

16 mart 2020 | 16:00

Regionların sosial-iqtisadi inkişafına dair Dövlət proqramlarının icrası nəticəsində və Heydər Əliyev Fondunun təşəbbüsü ilə son illər Masallı rayonunda təhsil infrastrukturunun yenidən qurulması və modernləşdirilməsi istiqamətində mühüm tədbirlər həyata keçirilib.
Təkcə ötən il rayonda Göyəçöl kənd tam orta məktəbi üçün 260 yerlik yeni bina, Bala Təklə kənd ümumi məktəbi üçün 96 və Şıxlar kənd ümumi orta məktəbi üçün 56 şagird yerlik modul tipli məktəblər tikilərək müəllim və şagirdlərin ixtiyarına verilib.
Bütün bunların nəticəsidir ki, rayonun ümumtəhsil məktəblərini bitirən və ali məktəblərə qəbul olanların sayı ildən-ilə artır. Ötən il ölkəmizin ali məktəblərinə qəbul imtahanları zamanı Masallı məzunlarından 546 nəfəri (75,1 faiz) ali məktəblərə qəbul olunub.
Qəbul imtahanlarında Həsənli kənd tam orta məktəbinin məzunu Azər Musayev 685,3, şəhər 4 nömrəli tam orta məktəbin məzunu Şəhriyar Səmədov 684,8 bal toplayaraq Prezident təqaüdünə layiq görülüblər.

Keçidlər