Şriftin ölçüsü :

Saytın rəngi :

Masallı RİH başçısının vətəndaşlarla onlayn qəbulu

03 iyun 2020 | 16:00

  03 iyun 2020-ci il tarixdə Masallı Rayon İcra Hakimiyyətinin başçısı Şahin Məmmədov vətəndaşlarla növbəti onlayn qəbulunu keçirib.
   Onlayn qəbulda rayonun hüquq mühafizə orqanları, aidiyyatı idarə, müəssisə və təşkilatlarının rəhbərləri iştirak edib.
   Qəbul zamanı Öncəqala kənd sakini Zahidov Kazım Fizuli oğlunun həyətyanı torpaq sahəsilə təmin olunması, Masallı şəhər sakinləri Əkbərov Aləddin Nəzir oğlunun yardım və dərmanla təmin olunması,  Cəfərov Raqil Qaraxan oğlu və Ağayev Rüfət Eynalı oğlunun işlə təmin olunması, Şirəliyeva Yeganə Kamil qızının Rusiyada qalan 3 övladının Azərbaycana gətirilməsinə kömək göstərilməsi, Əzimova Gülnar Ramiz qızının evinə elektrik xəttinin çəkilməsi, Bədəlan kənd sakini Həsənov Kamran Şahrza oğlunun işlə təmin olunması, Xəlfələr kənd sakini (Yeyənkənd ərazisi üzrə) Cəbiyeva Ülkər Mirəkbər qızının oğlunun müalicəsi, qızına əlillik dərəcəsi alması, Qızılavar kənd sakini Əsədov Ağəddin Cəmiyyət oğlunun şəxsi məsələ və s. ilə əlaqədar müraciətləri dinlənilib.
Onlayn-qəbul zamanı vətəndaşların bir sıra problemləri müzakirə olunaraq həll olunub, bəzi məsələlərin həllinin araşdırılması üçün aidiyyatı idarə və təşkilatların, eləcə də RİHB-nın müvafiq şöbələrinin rəhbərlərinə tapşırıqlar verilib, səslənən müraciətlərin nəzarətə götürüldüyü diqqətə çatdırılıb.

 

Keçidlər