Şriftin ölçüsü :

Saytın rəngi :

Masallıdan Cənab Prezidentə minnətdarlıqlar davam edir

05 iyul 2020 | 16:00

Mərhəmət Lələyevdən, Masallı, Azərbaycan
04 iyul 2020  president.az

Möhtərəm cənab Prezident.
Ölkəmizdə koronavirus pandemiyasına qarşı mübarizə yüksək səviyyədə təşkil edilib. Statistik göstəricilərə əsasən söyləmək olar ki, dövlət tərəfindən qəbul edilən mükəmməl qərarlar müsbət nəticə verəcəkdir. Açılışında iştirak etdiyiniz "Yeni klinika” tibb müəssisəsini pandemiya ilə mübarizə məqsədilə xalqımızın xidmətinə verməyiniz əhalinin sağlamlığının qorunmasına yüksək diqqət göstərməyinizin bariz nümunəsidir. Başda Siz olmaqla Koronavirusla Mübarizəyə Dəstək Fonduna ianə köçürən bütün şirkətlərə və insanlara minnətdarlığımı bildirirəm.
İnsanların sağlamlığının qorunması məqsədilə bir çox sahələrdə işçilərin evdən işləmələrinə şərait yaradılıb. Bu təşəbbüs də dövlət tərəfindən irəli sürüldü, hətta işə gəlməyən işçilərin əməkhaqları verildi. Mən inanıram ki, Sizin müdrik qərarlarınızla biz bu bəladan minimum zərərlə qurtulacağıq. Azərbaycanın bu sahədəki mübarizəsinin dünya ölkələri üçün örnək olmasını qürur hissi ilə qarşılayırıq.
Möhtərəm cənab Prezident, əhali arasında koronovirusla bağlı maarifləndirmə işləri diqqət mərkəzindədir və təqdirəlayiqdir. Ölkəmizdə küçələr, parklar, yollar, çoxmənzilli yaşayış binalarının girişləri zəruri avadanlıqlarla təchiz olunmuş işçi qrupları tərəfindən xüsusi məhlulla dezinfeksiya edilir. Mən bir gənc jurnalist kimi Sizin və Birinci vitse-prezident Mehriban xanım Əliyevanın xidmətlərini yüksək qiymətləndirirəm. Ürəkdən inanıram ki, həyata keçirdiyiniz tədbirlər sayəsində xalqımız tezliklə bu ağır xəstəlikdən ən az itki ilə qurtulacaqdır. Bütün bu diqqət, qayğı və dəstəyə görə bir daha Sizə dərin minnətdarlığımı bildirirəm.
Ulu Tanrı Sizi, ailənizi, xalqımızı və möhkəm təməlləri ulu öndərimiz Heydər Əliyev tərəfindən qoyulan qüdrətli dövlətimizi qorusun.

Hörmətlə,
Mərhəmət Lələyev
“masallininsesi.az” portalının təsisçisi və baş redaktoru
Azərbaycan Respublikası, Masallı rayonu.

Keçidlər