Şriftin ölçüsü :

Saytın rəngi :

Masallıda karantin qaydalarının pozulması hallarına qarşı reydlər

08 iyul 2020 | 16:00

07.07.2020-ci il tarixdə Masallıda karantin qaydalarının pozulması hallarına qarşı reydlər keçirilmişdir.

Belə ki, sərtləşdirilmiş xüsusi karantin rejimi qaydalarını pozduqlarına görə Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 211-ci maddəsi ilə təqsirli bilinərək Ərkivan qəsəbəsində keçirilən yas mərasimini idarə edən din xadimi Abbasov Gündüz Səyədulla oğlu, yas mərasiminin təşkilatçıları Abiyev Elman Hakim oğlu və Əşrəfov Hamil Sabir oğlu 10 gün müddətinə həbs olunmuş, Masallı şəhər 20 yanvar küçəsində Kərimov Səadət Səfiəli oğlu və Əliyev İnqilab Mətləb oğluna məxsus cehizlik mallar dükanı, Masallı şəhər Digah küçəsində Kazımov Raqif İbrahim oğluna məxsus uşaq oyuncaqları dükanı olmaqla hər biri 200 manat, Masallı şəhər Heydər Əliyev prospektində Məmmədov İsrail İsmayıl oğluna məxsus çay evi isə 100 manat cərimə olunmuşdur.
Masallı rayonu üzrə reydlər davam etdirilir.

Keçidlər