Şriftin ölçüsü :

Saytın rəngi :

Masallının Sığdaş kənd sakinindən nümunəvi addım

09 iyul 2020 | 16:00

08 iyul 2020-ci il tarixdə Masallı rayon Sığdaş kəndində kənd sakini Həsənov Xanverdi Əlifxan oğlu 2019-cu ilin iyul ayında dünyasını dəyişmiş qardaşı Nurulla Əliyevin il mərasimini mövcud koronavirus infeksiyasının yayılmaması səbəbi ilə və Nazirlər Kabinetinin tövsiyyələrinə uyğun olaraq keçirməmişdir.

Beləki X. Həsənov yas mərasimində veriləcək ehsanı xeyriyyə işinə çevirərək qardaşı N. Əliyevin dünyasını dəyişməsinin il mərasimi üçün ehsan olaraq 1 baş iri buynuzlu mal-qara kəsərək hər biri təxminən 2 kq olmaqla ümumilikdə 65 imkansız və aztəminatlı ailəyə paylamışdır.
Xanverdi Həsənovun bu təşəbbüsü və davranışı hər kəs üçün mövcud pandemiya şəraiti ilə əlaqədar olaraq nümunəvi atılmış bir addımdır.

Keçidlər