Şriftin ölçüsü :

Saytın rəngi :

Masallıda pandemiya ilə bağlı görülmüş işlər barədə

12 iyul 2020 | 16:00

11 iyul 2020-ci il tarixdə rayon ərazisində pandemiya dövründə görülmüş işlər barədə malumatlar.

1. 11 iyul 2020-ci il tarixdə GEM və rayon Dezinfeksiya Stansiyasi ilə birlikdə Mərkəzi Rayon Xəstəxanası, Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Masallı rayon şöbəsi və tabeliyində olan 1 sərnişin daşıyan nəqliyyat vasitəsi, Mərkəzi Poçt, Məşğulluq Mərkəzi, 2 Bankın qarşısı, 3 bankın inzibati binası, 9 terminal, 14 bankomat, Masallı şəhər ərazisində 2 prospekt, 18 küçə, 19 ərzaq mağazası, 2 ərazidə 11 fərdi yaşayış evi, 4 küçə dezinfeksiya olunmuşdur. Hal-hazırda dezinfeksiya işləri davam etdirilir.

2. RİHB-sının təşkilatçılığı ilə, YAP rayon təşkilatının Gənclər Birliyinin könüllüləri və DSMF-nin rayon şöbəsinin əməkdaşları tərəfindən 65 yaşdan yuxarı olan 165 nəfər tənha-kimsəsiz vətəndaşlarla görüşülüb onların sosial-məişət xidmətləri, o cümlədən ev təsərrüfatı ilə bağlı işlərdə, əsas tələbat mallarının, dərman vasitələrinin alınmasında, kommunal ödənişlərin edilməsində və sair işlərdə köməklik göstərirlər. Hal-hazırda işlər davam etdirilir.

3. Sərtləşdirilmiş xüsusi karantin rejimi dövründə rayon İcra hakimiyyəti Başçısının tapşırığına əsasən Masallı şəhərində 80 nəfərdən ibarət 20 mobil qrup (RİH, Polis şöbəsi, YAP Masallı rayon təşkilatı, Heydər Əliyev Mərkəzi, Təhsil şöbəsi, Gənclər və İdman idarəsi, “Gənclər evi” sosial xidmət mərkəzi, Gənclərin İnkişaf və Kariyera Mərkəzi və gənc könüllülərin iştirakı ilə) yaradılmışdır.
11 iyul 2020-ci il tarixdə 688 nəfərin icazəsinin olub-olmaması soruşulmuşdur. Reyd zamanı 35 nəfər yaşayış yerini icazəsiz tərk etməsi, 31 nəfər vətəndaşın maskasız olması müəyyən edilmişdir. Qaydaları pozan 9 nəfər vətəndaş polis əməkdaşları tərəfindən cərimə olunmuşdur.
21 iyun 2020-ci il tarixdən Masallı şəhəri üzrə mobil qruplar tərəfindən ümumilikdə 10334 nəfərin icazəsinin olub-olmaması soruşulmuş, 466 nəfərin yaşayış yerini icazəsiz tərk etməsi, 633 nəfərin isə maskasız olması müəyyən olunmuşdur. Qaydaları pozan 127 nəfər vətəndaş və 11 obyekt polis əməkdaşları tərəfindən cərimə olunmuşdur.

4. Sərtləşdirilmiş xüsusi karantin rejimi dövründə rayon İcra hakimiyyəti Başçısının tapşırığı ilə rayonun 2 qəsəbə və 100 kəndində 368 nəfərdən ibarət 92 mobil qrup yaradılmışdır.
11 iyul 2020-ci il tarixdə qəsəbə və kəndlərdə yaradılmış mobil qruplar tərəfindən 4533 nəfərlə görüşülmüş, onlardan 719 nəfərin maskasız olduğu müəyyən olunmuş və onlarla maarifləndirici söhbətlər aparılmışdır. Xüsusi karantin rejimi qaydalarını pozan 5 nəfər vətəndaş polis əməkdaşları tərəfindən cərimə olunmuşdur.
21 iyun 2020-ci il tarixdən qəsəbə və kəndlər üzrə ümumilikdə mobil qruplar tərəfindən 77535 nəfər vətəndaşla görüşülmüş, 14681 nəfərin maskasız olduğu müəyyən olunmuş və onlarla maarifləndirici söhbətlər aparılmışdır. Xüsusi karantin rejimi qaydalarını pozan 10 nəfər vətəndaş və 1 obyekt polis əməkdaşları tərəfindən cərimə olunmuşdur.

5. 21 iyun 2020-ci il tarixdən rayon üzrə ümumilikdə 448 nəfərdən ibarət 112 mobil qrup yaradılmışdır. Mobil qruplar tərəfindən 87869 nəfər vətəndaşla görüşülmüş, 466 nəfərin yaşayış yerini icazəsiz tərk etməsi, 15314 nəfərin isə maskasız olması müəyyən olunmuşdur. Qaydaları pozan 137 nəfər vətəndaş və 12 obyekt polis əməkdaşları tərəfindən cərimə olunmuşdur.
Həmçinin pandemiya dövründə vətəndaşlara ümumilikdə 15600 ədəd tibbi maska və 750 litr tibbi spirt paylanmışdır.

6. Ümumilikdə rayon ərazisində 7677 nəfərdən yaxma götürülmüşdür.

7. Pandemiya dövründə rayon üzrə ümumilikdə 219 koronavirusa yoluxma halı qeydə alınmışdır. Onlardan 145 nəfər sağalaraq evə buraxılmış 9 nəfər vəfat etmiş, müalicə alan 65 xəstədən 25 nəfəri xəstəxanada 40 nəfəri isə ev şəraitində müalicə olunur.

Keçidlər