Şriftin ölçüsü :

Saytın rəngi :

Kolatan kəndi ərazisində yollar təmir edilir

15 sentyabr 2020 | 16:00

Masallıda yol infrastrukturunun inkişaf etdirilməsi istiqamətində məqsədyönlü işlər görülür. Şəhərlə yanaşı qəsəbə və kəndlərdə də yolların abadlığına xüsusi diqqət yetirilir.

Rayonunun Kolatan kəndi ərazisində təzə salınan körpü yolu hissəsinin təmiri davam etdirilir.

Kolatan bələdiyyəsi və ərazi nümayəndəliyindən aldığımız məlumata görə Masallı Rayon İcra Hakimiyyətinin təşəbbüsü və Milli Məclisin deputatı Anar İsgəndərovun köməyi ilə kəndin həmin yolu hissəsində qışa hazırlıq məqsədilə cari təmir işləri həyata keçirilir. 300 metrə yaxın olan həmin hissəyə 16 maşın qum tökülüb, texnika vasitəsilə yayılıb. 3 maşın şeben qumu isə təzə salınan yolun üstünə döşənir, hamarlanır.

Yeni salınan körpü yolunun yararlı hala salınması istiqamətində görülən işləri sakinlər razılıq və minnətdarlıq hissi ilə qarşılayırlar.

Yolda təmir işləri davam etdirilir.

 

Keçidlər