Şriftin ölçüsü :

Saytın rəngi :

Masallı Mənzil Kommunal Təsərrüfatı İstehsalat Birliyi təmizlik işlərini gücləndirmişir.

17 sentyabr 2020 | 16:00

Masallı Mənzil Kommunal Təsərrüfatı İstehsalat Birliyinin kollektivi şəhərdə davam edən abadlıq-quruculuq işlərində fəallıq göstərir. Kollektiv hazırda Bakı prospektində yolboyu kol-kosları, məişət tullantılarını təmizləyib zibil poliqonuna daşımışdır.
Sabir küçəsi, Heydər Əliyev prospekti, «Asan xidmət»in qarşısındakı meşə zolağı, Şəhriyar və Qurtuluş küçələrində ağaclar budanmış, məişət tullantıları təmizlənmişdir. Hazırda vərəm dispanserindən Banbaşı ərazisinə, Digah işıqforundan Şərəfə kəndinə kimi ərazidə abadlıq — təmizlik işləri davam edir.
Şəhərin bütün küçələri məişət tullantılarından və budanmış ağac budaqları təmizlənib poliqona daşınmışdır.
Şəhərin başqa bina və küçələrindəki səliqə-sahman göz oxşayır.
Abadlıq-quruculuq işlərini razılıq hissi ilə qarşılayan şəhər sakinləri görülən işləri yüksək qiymətləndirirlər.

 

Keçidlər