Şriftin ölçüsü :

Saytın rəngi :

Səmidxan kəndində körpələr evi — uşaq bağçası əsaslı təmirdən sonra istifadəyə verilib

17 sentyabr 2020 | 16:00

Heydər Əliyev Fondu tərəfindən əsaslı təmir olunan  körpələr evi — uşaq bağçası Masallı rayonunun Səmidxan kəndində istifadəyə verilmişdir.

Səmidxan kənd körpələr evi-uşaq bağçasının binası 1987-ci ildə inşa olunub. Binada müxtəlif vaxtlarda kitabxana, həkim məntəqəsi və müxtəlif təşkilatlar fəaliyyət göstərib. Sonradan bina istifadəyə yararsız vəziyyətə düşmüşdü.

Əsaslı təmir işlərinə 2019-cu ilin sonlarında başlanılıb və bu ilin iyun ayında yekunlaşıb.

Yüz yerlik körpələr evi-uşaq bağçasında yataq və oyun otaqları, idman və musiqi zalları, mətbəx, yeməkxana, anbar, tibb otağı, camaşırxana və digər inzibati və texniki otaqlar mövcuddur. Müəssisə zəruri mebel və avadanlıqlarla tam təchiz edilib. Bağçanın həyətyanı ərazisində yenidənqurma və yaşıllaşdırma işləri aparılıb.

17 sentyabr 2020-ci il tarixdə kəndin sakinləri ucqar kənddə körpələr evi — uşaq bağçası binasının əsaslı təmir olunmasına görə Prezident İlham Əliyevə və birinci xanım, Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyevaya minnətdarlıqlarını bildiriblər.

Keçidlər