Şriftin ölçüsü :

Saytın rəngi :

Koronavirusla mübarizədə birlik nümayişi

17 yanvar 2021 | 16:00

Hörmətli Masallı sakinləri!

Artıq uzun müddətdirki Azərbaycan dövləti, həkimləri və aidiyyatı orqanlar tərəfindən dünyanı cənginə almış COVİD-19 infeksiyasına qarşı ciddi mübarizə tədbirləri həyata keçirilməkdədir. Aparılmış mübarizənin nəticəsi olaraq ölkəmizdə koronavirus infeksiyasına yoluxanların sayında kəskin azalma müşahidə olunur. 

Biz birlikdə güclüyük!

Ön cəbhədə hərbiçilərimiz düşmənlə mübarizədə qalib gəldiyi kimi arxa cəbhədə də bizlərin mübarizəsi birlik nümayiş etdirmək olmalıdır. Hər birimiz mövcud infeksiya ilə birlikdə mübarizə aparmalı, gigiyenik vasitələrdən istifadə etməli, sosial məsafə saxlamalı, tibbi maska və spirtdən istifadə etməli, özümüzü və yaxınlarımızı bu xəstəlikdən qorumalı, yas mərasimlərində kütləviliyin qarşısının alınmasında, əsasən yas mərasimlərində qadınların bir yerə toplaşmasına qarşı birlikdə təbliğat aparmalı, bunun qarşısını tam almalı və bununla da vətəndaşlıq borcumuzu yerinə yetirməliyik. Yaşı 65-dən yuxarı olan insanların və məktəblilərin zərurət olmadıqda yaşayış yerlərini tərk etməməsini tövsiyə etməliyik.

Vətənini, torpağını sevənlər bu gün ön cəbhədə vuruşaraq Qələbə qazandılar. Bizlərin də borcu arxa cəbhədə infeksiyaya qarşı birlikdə mübarizə aparmaqla bu xəstəliyə qalib gəlməkdir. 

 

Keçidlər