Şriftin ölçüsü :

Saytın rəngi :

Masallı şəhərində 100 yerlik uşaq bağçası istifadəyə hazırdır

18 oktyabr 2020 | 16:00

       Masallı şəhərində Heydər Əliyev Fondunun təşəbbüsü ilə yeni inşa olunmuş uşaq bağçasının tikintisi başa çatmışdır.

       Masallı şəhərinin Səməd Vurğun küçəsində 100 yerlik uşaq-tərbiyə müəssisəsinin tikintisinə 1 iyul 2020-ci il tarixdən başlanmışdır. İkimərtəbəli bağçada uşaqların əylənməsi üçün hər cür şərait yaradılmışdır.
      Xəbər verdiyimiz kimi obyektdə inşaat işləri yekunlaşmış, binanın tikintisi tam başa çatdırılmış, dam örtüyü, binanın hər tərəfinin bütün bəzək işləri və pəncərələri vurulmuş, hər iki mərtəbənin otaqları hazır vəziyyətə gətirilmiş, yeni bağçanın həyət-bacasında uşaqların istifadəsi üçün  əyləncə qurğuları quraşdırılmış və bina hasara alınmışdır.

      Masallı şəhərində Heydər Əliyev Fondunun təşəbbüsü ilə Səməd Vurğun küçəsində 100 yerlik yeni inşa olunan uşaq bağçası balaca sakinlərini qəbul etməyə hazır vəziyyətdədir.

Keçidlər