Şriftin ölçüsü :

Saytın rəngi :

MASALLI POÇT FİLİALI VƏTƏNDAŞLARA XİDMƏTİ YAXŞILAŞDIRIR

14 yanvar 2021 | 16:00

Bu gün poçtun imkanları genişdir, poçt xidməti həyatın daha çox sahələrinə tətbiq olunur. Masallı poçtamtının kollektivi də müştərilərə daha yaxşı xidmət etmək, günün tələbləri səviyyəsində çalışmaq, üzərinə düşən vəzifələri yerinə yetirmək əzmindədir.

Hər bir müəssisənin fəaliyyəti qazandığı uğurlarla ölçülür. “Azərpoçt” MMC tərəfindən Masallı poçt filialı üçün bir ildə 470 min manat tarif gəliri proqnozlaşdırılmışdı. Kollektivi xidmətin səviyyəsini yüksəltməklə, bu sahədə ən qabaqcıl təcrübədən bəhrələnib onu tətbiq etməklə planın icrasına 102 faiz nail olmuş, bu gəliri 479 min manata çatdırmışdır. Bu, respublika poçt filialları arasında yaxşı göstərici, 2019 — cu ilin müvafiq dövrü ilə müqayisədə 34 min manat artıqdır.
Ötən il üzrə maliyyə xidmətləri üçün 343 min 820 manat gəlir planı proqnozlaşdırıldığı halda faktiki olaraq  356 min 283 manat, yəni proqnozdan 12 min 463 manat (104 faiz) artıq yerinə yetirilmişdir. İl ərzində vətəndaşlar pandeiyaya görə alış — verişlərini internet vasitəsilə həyata keçirdikləri üçün vətəndaşların ünvanlara qəbul və çatdırılma işi poçt filialı tərəfindən həyata keçirilmişdir.
“Azərpoçt” MMC Masallı poçt filialının rəisi Səfalı Paşayev bildirmişdir ki, müəssisə respublika üzrə az sayda poçt filialları sırasına daxil olaraq 2020-ci ili mənfəətlə başa vurması 2021 — ci ilə töhfəsidir. Belə ki, keçən il qeyd olunan dövr ərzində filial və onun şöbələrində əhaliyə bütün növ ənənəvi və qeyri-ənənəvi poçt rabitəsi xidməti göstərilmiş, bütün növ kommunal xidmət haqları qəbul edilmişdir. Filiala 42 poçt şöbəsi və bir poçt agentliyi daxildir. Əksər poçt şöbələri tərəfindən əhalidən qəbul olunmuş kommunal haqlar KÖMİS-ə işləndiyindən bu sahədə operativlik var.
Kollektiv rayonun ictimai-siyasi və mədəni həyatında fəal iştirak edir. Pandameya dövrünün çətinliklərinə baxmayaraq poct kollektivinin üzvləri rayon rəhbəri cənab Şahin Məmmədovun həyata keçirdiyi abadlıq-quruculuq işlərində həmişə fəal iştirak edirlər. İməcilik və yaşıllıqsalma işlə\rində fərqlənirlər.
İlin nəticələri göstərir ki, qarşıya qoyulmuş vəzifələrin yerinə yetirilməsi, proqnozlaşdırılmış öhdəliklərin ödənilməsi, müəssisədə işin təşkilində qabaqcılların təcrübəsinin öyrənilib tətbiq edilməsindən çox asılıdır. Bunun üçün müəssisənin kifayət qədər ehtiyat və resursları vardır. Kollektiv çalışır ki, əldə edilən nailiyyətlər artırılsın, qazanılan nəticələrə yeni uğurlar əlavə etməklə vətəndaşlara xidmətin səviyyəsi yüksəlsin.

Keçidlər