Şriftin ölçüsü :

Saytın rəngi :

Distant təhsilin keyfiyyəti və «Nizami Gəncəvi ili»

17 yanvar 2021 | 16:00

Böyük Kolatan kənd Simran Rzayev adına tam orta məktəbinin pedaqoji kollektivinin onlayn iclası keçirildi. İclasda distant təhsilin keyfiyyətinin yüksəldilməsi və bu sahədə qarşıya çıxan problemlərin həlli, 2021-ci ilin "Nizami Gəncəvi ili" elan olunması və bununla bağlı karantin qaydalarına müvafiq təşkilati işlərin görülməsi məsələsi müzakirə olundu.
Məktəbin direktoru M.Tağıyev karantin qaydalarına uyğun olaraq təhsilin distant formaya keçirilməsindən sonra məktəbdə təhsilin təşklinin ümumi vəziyyəti barədə məlumat verdi. Onlayn dərslərin təşkilində qarşıya çıxan bəzi maddi-texniki çətinlikləri diqqətə çatdırdı.
Daha sonra bildirildi ki, 2021-ci ildə dahi şair və mütəfəkkir Nizami Gəncəvinin anadan olmasının 880 illiyi tamam olur. Karantin qaydaları çərçivəsində tədbirlərin təşkilinin vacibliyi vurğulandı və bu barədə məktəb üzrə məsul şəxslərə göstəriş və tövsiyyələr verildi. Qeyd olundu ki, Azərbaycan Prezidenti cənab İlham Əliyev Azərbaycan Respublikasında 2021-ci ilin “Nizami Gəncəvi İli” elan edilməsi haqqında Sərəncam imzalayıb. Dövlətimizin başçısı qüdrətli söz və fikir ustadının insanları daim əxlaqi kamilliyə çağıran və yüksək mənəvi keyfiyyətlər aşılayan zəngin yaradıcılığının bəşər mədəniyyətinin nailiyyəti kimi müstəsna əhəmiyyətini nəzərə alaraq bu ili ölkəmizdə “Nizami Gəncəvi İli” elan edib. Azərbaycanın klassik ədəbi-mədəni irsinə həmişə milli təəssübkeşlik və vətənpərvərlik mövqeyindən yanaşan ümummilli lider Heydər Əliyev Nizami irsinə də xüsusi diqqət yetirib. Heydər Əliyevin təşəbbüsü ilə 1979-cu ildə qəbul olunmuş “Azərbaycanın böyük şairi və mütəfəkkiri Nizami Gəncəvinin irsinin öyrənilməsini, nəşrini və təbliğini daha da yaxşılaşdırmaq tədbirləri haqqında” qərar Nizami yaradıcılığının tədqiqi və təbliği üçün yeni perspektivlər açıb. Ölməz sənətkarın 1981-ci ildə Ulu Öndərin bilavasitə təşəbbüsü və iştirakı ilə keçirilən 840 illik yubiley mərasimləri ölkənin mədəni həyatının əlamətdar hadisəsinə çevrilib. 2011-ci ildə Nizami Gəncəvinin 870 illiyi dövlət səviyyəsində silsilə tədbirlərlə geniş qeyd edilib.

Onlayn iclasda çıxış edən müəllimlər dərslərin təşkilinin siniflər üzrə vəziyyəti və bu sahədə gördükləri işlər barədə məlumat verdilər. Həmçinin distant təhsildə daha effektiv nəticə qazanmaq üçün valideynlərin dəstəyinə ehtiyac olduğu və texniki imkanlardan maksimum yararlanmağın vacib olduğu diqqətə çatdırıldı. Distant təhsilin səviyyəsinin və imkanlarının daha da yaxşılaşdırılması üçün lazımi tədbirlərin mütəmadi görülməsi bildirildi.

Keçidlər