Şriftin ölçüsü :

Saytın rəngi :

Masallıda “Rəsm” müsabiqəsinə yekun vuruldu

23 fevral 2021 | 16:00

11-23 fevral 2021-ci il tarixlərdə Masallı rayon Gənclər və İdman İdarəsinin təşkilatçılığı ilə yeniyetmə və gənclər arasında 26 Fevral Xocalı faciəsinə həsr olunmuş “Xocalı faciəsi qan yaddaşımızdır ” mövzusunda keçirilən onlayn “Rəsm” müsabiqəsinə yekun vuruldu

Müsabiqənin keçirilməsində əsas məqsəd Xocalı faciəsinin acı nəticələrini bir daha yeniyetmə və gənclərin diqqətinə çatdırmaq, eyni zamanda, onların bədii yaradıcılıq potensialını üzə çıxarmaq, inkişaf etdirməkdir.

11 fevral 2021-cı il tarixdə elan olunmuş müsabiqəyə 100-a yaxın rəsm əsəri təqdim olunmuşdur. Yeniyetmə və gənclərin çəkdikləri rəsmlərdə ermənilərin Xocalı sakinlərinə qarşı törətdikləri vəhşilik və soyqırımı rəngli boyalarla əks etdiriblər.

Müsabiqənin yekun nəticəsinə əsasən I yerə Məmmədova Həcər Şahin qızı, II yerə Ağayeva Gülər Mehdi qızı, III yerə Əhmədova Zeynəb Cəlal qızı layiq görülmüşlər Fərqləndiyinə görə isə Babayev Əlisa Musa oğlu, Hacıyeva Ülkər Vüqar qızı, İbadova Şəfa Şahmar qızı, Zəkiullazadə Fatimə Vüqar qızı fərqlənmə diplomları ilə mükafatladırılmışlar.

Müsabiqədə qalib gəlmiş iştrakçılar Masallı rayon Gənclər və İdman İdarəsi tərəfindən diplomlarla mükafatladırılmışdır.

Keçidlər