Şriftin ölçüsü :

Saytın rəngi :

"Xocalı soyqırımını unutmadıq" mövzusunda inşa-yazı müsabiqəsi

23 fevral 2021 | 16:00

16-23 fevral tarixlərində "Masallı Gənclər Evi" sosial xidmət müəssisəsinin təşkilatçılığı ilə 26 Fevral- Xocalı faciəsinə həsr olunmuş "Xocalı soyqırımını unutmadıq" mövzusunda yeniyetmələr arasında inşa-yazı müsabiqəsi keçirilmişdir.

Müsabiqənin məqsədinin Xocalı soyqırımı qurbanlarının xatirəsinin yad edilməsi, gənc nəsildə Vətənə sevgi hisslərinin aşılanması, Azərbaycan tarixinin təbliği, məktəblilərin dünyagörüşünün genişləndirilməsi və istedadlı şagirdlərin üzə çıxarılmasından ibarətdir.

İnşa yazıları münsiflər tərəfindən yoxlanılıb, qaliblər müəyyənləşdikdən sonra Masallı Gənclər Evi tərəfindən qaliblərə diplomlar veriləcəkdir.

Keçidlər