Şriftin ölçüsü :

Saytın rəngi :

Masallıda növbəti müharibə veteranı vəzifəyə təyin olundu

23 fevral 2021 | 16:00

Nurlan Şaiq oğlu Muradov  Masallı rayon İcra hakimiyyəti başçısı aparatının Vətən müharibəsi iştirakçıları və şəhid ailələri ilə işin təşkili şöbəsinin böyük məsləhətçi vəzifəsinə təyin olunmuşdur.

  Qeyd etmək istəyirik ki, Nurlan Muradov 1996-cı ildə Masallı rayon Köhnə Zuvand kəndində anadan olub. 2003-2011-cı illərdə Köhnə Zuvand kənd  orta məktəbində orta təhsil almış, 2011-2013-cü illərdə təhsilini Yeni Zuvand tam orta məktəbində davam etmişdir. 2013-2017-ci illərdə Sumqayıt Dövlət Universitetinin Fizika və Elektroenergetika fakultəsini bakalavr dərəcəsi üzrə bitirmişdir. 2017-ci ildə həqiqi  Hərbi xidmətə getmiş  2018-2020-ci illərdə leytenant kimi Azərbaycan Respublikası Silahlı Qüvvələrin “N” saylı hərbi hissəsində hərbi xidmətini davam etdirmişdir.
  Əmək fəaliyyətinə 2020-ci ildə Masallı rayon Heydər Əliyev Mərkəzində İstilik Sistemləri üzrə Mühəndis kimi başlamışdır.
27 sentyabr 2020-ci il tarixdə Azərbaycan Respublikasının ərazi bütövlüyünün təmin olunması uğrunda başlanan Vətən müharibəsi zamanı cəbhənin Cəbrayıl-Qubadlı  istiqamələrində gedən döyüşlərdə sücaətlə iştirak etmişdir. Azərbaycan Respublikası Prezidentinin 29.12.2020-ci il tarixli Sərəncamı ilə leytenant Nurlan Şaiq oğlu Muradov “Cəbrayılın azad olunmasına görə” və “Qubadlının azad olunmasına görə”  medalları ilə təltif olunmuşdur.

Nurlan Şaiq oğlu Muradov Masallı rayon İcra hakimiyyətinin başçısı Şahin Məmmədovun 22.02.2021-ci il tarixli müvafiq Əmri ilə Masallı rayon İcra hakimiyyəti başçısı aparatının Vətən müharibəsi iştirakçıları və şəhid ailələri ilə işin təşkili şöbəsinin böyük məsləhətçisi vəzifəsinə təyin olunmuşdur. Subaydır.

Keçidlər